Ana Sayfa > Siyasət > “Qarabağ üzrə ciddi razılaşma çətin ki mümkün olsun...” – Lavrov
“Qarabağ üzrə ciddi razılaşma çətin ki mümkün olsun...” – Lavrov2-11-2018, 14:42. Yazar: sevinc1 |
"Ermənistanda siyasi vəziyyət sabitləşənədək Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ciddi razılaşma çətin ki alınsın." Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında bu cür bəyanatla çıxış edib. “Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında keçirilən görüş zaman əldə olunan razılıq ondan ibarət idi ki, əlaqələri davam etdirmək lazımdır, xarici işlər nazirləri görüşəcəklər və əlbəttə ki, Ermənistan və Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə işləməyə hazırdırlar. Bu cür razılaşmanı alqışlayırıq”, – deyə Lavrov bildirib. Rusiyanın XİN rəhbəri onu da vurğulayıb ki, “indi Ermənistanda müşahidə etdiyimiz burulğanlı daxili siyasi proseslər başa çatmayanadək Dağlıq Qarabağ böhranından çıxışın konkret variantlarını ciddi nəzərdən keçirmək və münaqişənin hərtərəfli nizamlanmasını təmin etmək çətin ki mümkün olsun”. aia.az Geri dön |