Ana Sayfa > Qərbi Azərbaycan > “Bəzən çürük süd dişini saxlamaq lazımdır” – Stomatoloqdan vacib tövsiyyələr
“Bəzən çürük süd dişini saxlamaq lazımdır” – Stomatoloqdan vacib tövsiyyələr2-11-2018, 14:01. Yazar: sevinc1 |
Dişlər ağız boşluğunda yerləşən çox vacib orqanlardandır. Orqanizmin baryeri funksiyasını daşıyan dişlər insan ömrünün sonunadək öz funksiyasını yerinə yetirir. 6-cı ayda çıxan süd dişləri 7-8 yaşlarında tökülüb daimi dişlərlə əvəzlənir. Süd dişləri müvəqqəti dişlər hesab olunsa da, onların sağlamlığı çox böyük əhəmiyyət daşıyır. Lakin bəzən elə olur ki, uşaqlarda vaxtından əvvəl çürüyən süd dişlərini çıxararaq məsələnin həll edildiyini düşünürük. aia.az xəbər verir ki, Medicina.az bu məsələ ilə bağlı stomotoloq Niyamməddin Daşdıyevdən bəzi suallara cavab alıb: - Süd dişləri özü düşməlidir, yoxsa stomatoloq tərəfindən çəkilməlidir? - Əslində, süd dişləri vaxtı çatdıqda özləri düşür. Lakin bəzən elə olur ki, daimi dişlərin inkişafının başlamasına baxmayaraq, bu dişlər kənar müdaxilə olmadan düşmür. Eyni diş yuvasında həm süd dişinin, həm də daimi dişin olması isə təbii ki, dişlərin əyilməsinə səbəb olur. Belə olan halda daimi dişin inkişafına mane olmaması üçün süd dişinin kənarlaşdırılması labüddür. Əksinə, bu dişin ağızda saxlanması daimi dişin əyilməsinə və hətta çürüməsinə gətirib çıxara bilər. - Süd dişlərini nə zaman müalicə edirlər? - Süd dişlərini vaxtından əvvəl çəkmək olmaz. Çünki süd dişlərini tez çəkdikdə daimi dişlərin mayasında sürüşmə baş verir ki, bu da gələcəkdə dişlərin əyri çıxmasına səbəb olur. Buna görə də zədələnmiş süd dişinin çəkilməyə və ya müalicəyə ehtiyacın olub-olmadığına stomatoloq qərar verməlidir. Bəzən elə olur ki, kənarda olan dişlərin yerinə oturması üçün çürük süd dişini müvəqqəti olaraq saxlamaq lazım gəlir. Bu zaman dişi müalicə etməyə ehtiyac olur. Süd dişlərinin siniri olduğu üçün əgər ağrı varsa, sinir kənarlaşdırılır. Çürük hissələr təmizlənərək plomb qoyulur. - Süd dişləri səbəbindən daimi dişlərin düzülüşündə yaranan əyriliklər neçə aradan qaldırılır? - Əgər damaqda yer varsa, bu zaman dişin öz-özündən yerinə qayıtmağında bir problem yaranmır. Lakin bəzi hallarda kənar müdaxiləyə ehtiyac duyulur. Bu zaman isə brekertlərdən istifadə olunur. aia.az Geri dön |