Ana Sayfa > İqtisadiyyat / Aia TV / Karusel > Hadi Rəcəbli: İnsanlar bir az da qənaətcil olmağa təlqin edilməlidir
Hadi Rəcəbli: İnsanlar bir az da qənaətcil olmağa təlqin edilməlidir23-12-2015, 11:51. Yazar: admin |
“Biz istəsək də, istəməsək də “üzən məzənnə”yə keçilməsi qaçılmaz idi”. Biz istəsək də, istəməsək də “üzən məzənnə”yə keçilməsi qaçılmaz idi. Aia.az Gün.Az-a istinadən xəbər verir ki, bunu parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dilə gətirib. Onun sözlərinə görə, dünyada neçə illərdir yaşanan maliyyə-iqtisadi kataklizmlər bu və ya digər şəkildə ölkələrin iqtisadiyyatlarına da ciddi təsir göstərir və proseslər bir çox hallarda da devalvasiyalarla müşaiyət olunur. O, xatırladıb ki, Azərbaycanla eyni regionda yerləşən ölkələrdə də devalvasiyalar yaşanıb və yaşanmaqdadır. “Həmçinin, ABŞ-la, Qərblə Rusiya arasında, Türkiyəylə Rusiya arasında yaşanan gərginliklər də bu proseslərə təsirsiz ötüşmür və beləliklə də devalvasiya istər-istəməz qaçılmaz olur. Azərbaycanda da növbəti devalvasiya dalğasının yaşanması, “üzən məzənnə”yə keçilməsi bu baxımdan qaçılmaz oldu və dünyanın aparıcı iqtisadçı-ekspertləri belə Azərbaycanının bu addımının doğru olduğunu bildirməkdədirlər. Qeyd edim ki, əhalinin bu məsələdən ciddi zərər görməməsi üçün də dövlət, hökumət tərəfindən addımlar atılır və atılmalıdır. Dünən elə ölkə Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə növbəti addım atıldı, əlil və şəhid ailələri üçün 10 milyon manat ayrıldı. Bu, çox əhəmiyyətli bir addımdır. Eyni zamanda, hesab edirəm ki, məsələ ətrafında cəmiyyətdə yaranmış şoku aradan qaldlırmaq üçün geniş maarifləndirmə işləri aparılmalıdır. Ölkədə istehlak mədəniyyəti yüksəldilməlidir, insanlar bir az da qənaətcil olmağa təlqin edilməlidir. Həmçinin, bazarın qorunması, qiymətlərin aşağı salınması lazımdır. Cənab Prezidentin özü də hələ bir neçə ay öncə çıxışında 2016-cı ilin kifayət qədər ağrılı, çətin il olacağını söyləmişdi və müvafiq tapşırıqlarını da vermişdi. Bu baxımdan hesab edirəm ki, həmin tapşırıqların icrası yönündə addımlar sürətləndiriləcək, eyni zamanda, digər zəruri addımlar atılacaq və ölkəmiz bu sınaqdan da üzüağ çıxacaq” - deyə, H.Rəcəbli sözlərinə əlavə edib. Geri dön |