Ana Sayfa > Manşet / Ölkə > "Cənnət park"ın maraqları qanunlardan üstündür? - QALMAQAL

"Cənnət park"ın maraqları qanunlardan üstündür? - QALMAQAL


2-11-2018, 10:35. Yazar: admin
"Cənnət park"ın maraqları qanunlardan üstündür? - QALMAQAL


…Çox təəssüflər olsun ki, Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayevin şəxsi maraqlarının məhsulu olaraq "Biləcəri Təmir Quraşdırma" Səhmdar Cəmiyyətinin mülkiyyət hüququ kobud surətdə pozularaq qanunsuz icra hərəkətləri edilməkdədir... Elə bu qanunsuzluğa tab gətirməyən “Biləcəri Təmir Quraşdırma” QTSC-nin kollektivi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycanın birinci-vitse prezidenti Mehriban xanım Əliyevaya, eləcə də ədliyyə naziri Fikrət Məmmədova, daxili işlər naziri Ramil Usubova silsilə müraciətlər edib. Səhmdar Cəmiyyətin sədri Nazim Tahirov özü bütün var gücü ilə Konstitusiyamızla qorunan mülkiyyət hüquqlarının qanunlarımızın aliliyini göz bəbəyi kimi qorumalı olan məmurların kobud müdaxiləsindən müdafiə etmək üçün çalışır. Onun aidiyyəti dövlət qurumlarının vicdanlı rəhbərləri, əməkdaşları ilə apardığı danışıqlar da hələki harın məmurların maddi hərisliyi qarşısında acizdir. Niyə? Nə baş verir? «Ölkə Prezidenti cənab İlham Əliyev vətəndaşları, sahibkarları incidən, əmlaklarını tarmar edən, qanunlarımızı pozan məmurlara dəfələrlə xəbərdarlıq edib. Cənab Prezident vətəndaşlarımızın Konstitutsion hüquqlarının qarantı kimi mühüm bir missiyanı uğurla həyata keçirdiyi bir vaxtda, Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi, general rütbəsi almağa iddialı olan Nurəddin Mustafayevin hərəkətləri təəssüf hissi doğurur», -deyir Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov… Və bu gün çoxsaylı jurnalistlərin, eləcə də «Space» TV-nin əməkdaşlarının iştirakı ilə, başda şöbənin rəisi Kamal Əliyevin rəhbərliyi olmaqla, Qaradağ İcra Şöbəsi əməkdaşlarının qanunsuz icra hərəkətləri ilə hadisə yerində olduq. Bu barədə daha ətraflı yazı çapa, video görüntülər isə həm saytımızda, həmçinin digər saytlarda yerləşdirilməyə hazırlanır. Hələlik bircə məqamı qeyd edək ki, cənab ədliyyə naziri Fikrət Məmmədov bir daha bilməlidir ki, onun tabeliyində olan İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayev, eləcə də Qaradağ İcra Şöbəsinin rəisi Kamal Əliyev və onun əməkdaşları “Biləcəri Təmir Quraşdırma” QTSC-nin Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin qərarlarında təsdiqini tapmış halal mülkiyyət hüququnu kobud surətdə pozurlar, qanunsuz hərəkətlərlə məşğuldurlar.

Bu gün icra meydançasında az qala qan su yerinə axacaqdı. Çünki qanunsuz olan məhkəmə qərardadı əsasında verilmiş icra vərəqində göstərilmədiyi halda, İcraçılar "Biləcəri Təmir Quraşçdırma"nın mülkiyyəti olan boruları maşınlara yükləyərək "Cənnət Park" MTK-ya təhvil verməklə həmin boruların Güzdək qəsəbəsində olan ərazilərinə daşımışlar. Və icraçılar həbs qoymaq adı altında bu gün 120 ədədi oğurlanıb aparılmış həmin boruların qalan hissəsini də aparmaq üçün qanunsuz icra həyata keçirmək istəyirdilər... Bəs İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayev niyə buna yol verir və ya şərait yaradır??? Doğrudanmı onun məqsədi bu ölkədə qanunlarımızın işləmədiyinin, məmurların hikkəsinin şah olduğunu sübut etməkdir?!
İnanırıq ki, Nurəddin Mustafayevin görünməmiş qanunsuz hərəkətləri nazir Fikrət Məmmədovun diqqətinə çatdırılacaq və onun bu qanunsuz hərəkətlərinə son qoyulacaq, sahibkarın mülkiyyət hüqunun görünməmiş səviyyədə pozulmasına son veriləcək.
Bu gün isə bu qanunsuz hərəkətlərə mülkiyətçi, sahibkar Nazim Tahirovun qanuni dirənişi, eləcə də tanınmış ictimai xadim, böyük ictimai nüfuz sahibi olan Rasim Məmmədovun hüquqi izahları və təpərli müqviməti son verdi. Amma bütün bu qalmaqallara və süni qarşıdurmalara isə yekun nöqtəni nazir Fikrət Məmmədov özü qoymalıdır. Özü də nə qədər ki, gec deyil…

Bir daha xatırladırıq ki, bu mülki mübahisəyə bəzi yüksək çinli məmurların qanunsuz müdaxiləsi vardır və ortada “Biləcəri Təmir Quraşdırma” QTSC-yə məxsus boruların oğurlanaraq satılıb haram qazanc əldə etmək niyyəti vardır. Ali Məhkəmənin 30 iyun 2017-ci il tarixli qərarında (iş № 2-2(102)-252(2017)) konkret olaraq göstərilib ki, bu boruların «Cənnət park» MTK-ya qətiyyən aidiyyəti yoxdur. Sitat: “…16 saylı Tİİ Tresti ilə «Cənnət Park» MTK arasında bağlanmış müqavilənin özündə də qeyd edildiyi kimi, müqavilə bağlandığı andan deyil, “Cənnət Park” MTK tərəfindən 2.099.200 manat məbləğində pul vəsaiti nağd olaraq 16 saylı TİİT-yə verildikdən sonra qüvvəyə minməli idi. Hər iki tərəf hüquqi şəxs olduğundan aparılmış bütün əməliyyatlar, o cümlədən böyük məbləğdə pul vəsaitinin borc olaraq başqa müəssisəyə verilməsi ciddi hesabat sənədi hesab edilən kassa məxaric orderi vasitəsilə rəsmiləşdirilməli, bu hər iki müəssisənin mühasibatlıq sənədlərində, hesabatlarında öz əksini tapmalı, mədaxil və məxaric əməliyyatları aparılmalı idi. Qeyd edilən halları təsdiq edən sübutlar olmadığı halda, borc müqaviləsi borcun real olaraq verilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. İş materiallarından görünür ki, “Cənnət Park” MTK tərəfindən 16 saylı Tİİ Trestinə 2.099.200 manat məbləğində borcun real olaraq verilməsini təsdiq edən, yuxarıda qeyd olunan hallara dair lazımi sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu barədə “MKM-Mənzil Tikinti Kooperativi”nin hüquqi varisi olan “Cənnət Park” MTK-ya sübutlar təqdim edilməsi təklif edilsə də, məhkəməyə bu barədə heç bir sübut təqdim edilməmişdir”.
Doğrudanmı Ali Məhkəmənin bu qərarı İcra Baş İdarəsinin rəisi Nurəddin Mustayevə qaranlıqdır? Nəticəni özünüz çıxarın.
***
Sonda bir vacib məqam: bu günkü qalmaqalla bağlı olduqca maraqlı bir məlumat əldə etdik. Məlum olur ki, bütün bu qanunsuz işlərə isə Nurəddin Mustafyevin həmkəndlisi, ədliyyə nazirinin müavini Vilayət Zahirov himayədarlıq edir… Bu cütlüyün icraçılara verdiyi qanunsuz tapşırıqlar barədə daha geniş açıqlamanı növbəti yazıda təqdim edəcəyik.
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu
Geri dön