Ana Sayfa > Manşet / Siyasət > Bahar Muradova: Ermənistan beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə etinazsızlıq göstərir
Bahar Muradova: Ermənistan beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə etinazsızlıq göstərir1-11-2018, 11:36. Yazar: sevinc1 |
Ermənistan beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə və ölkələrarası qaydalara etinazsızlıq göstərir. Trend-in məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin 25 illiyinə həsr olunmuş iclasda Milli Məclisin sədr müavini, Dövlət Komissiyasının üzvü Bahar Muradova deyib. B.Muradova bildirib ki, törədilən cinayətlər insanlıq, bəşəriyyət əleyhinədir: "Ermənistanın etdikləri təkcə azərbaycanlılara qarşı deyil, bötüvlükdə bəşəriyyətə qarşı törədilən cinayətdir. Azərbaycan Ermənistanın təcavüzkar, vandal üzünü ardıcıl, məqsədyönlü şəkildə dünya ictimaiyyətinə çatdırır. Bu isə beynəlxalq təşkilatları ciddi narahat etmir, biz bunun şahidiyik". B.Muradova vurğulayıb ki, insanlıq əleyhinə törədilən cinayətlərin qarşısının alınması, bu cinayətləri törədənlərin cəzalandırılması Azərbaycan dövlətinin üzərinə götürdüyü öhdəlikdir: "Dövlət Komissiyasının son 25 ildə gördüyü işlər bu konteksdə dəyərləndirilməlidir”. aia.az Geri dön |