Ana Sayfa > Karusel / Siyasət > Həmsədrlər Bakıya gəliblər
Həmsədrlər Bakıya gəliblər1-11-2018, 10:44. Yazar: sevinc1 |
Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya gəliblər. Modern.az xəbər verir ki, noyabrın 1-də ATƏT-in Minsk qrupunun həmsədrləri - Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şefer (ABŞ) Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə qoşunların təmas xəttindəki vəziyyət, gərginliyin azaldılmasının, həmçinin danışıqlar prosesinin aktivləşdirilməsi və sonrakı addımların təmin olunması üzrə məsələlər müzakirə ediləcək. Səfər zamanı həmçinin bu ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşünün keçirilməsi məsələsi də müzakirə olunacaq. Xatırladaq ki, oktyabrın 29-da vasitəçilər Ermənistanda görüşlər keçiriblər. Həmsədrlər oktyabrın 31-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Ağdam rayonu istiqamətində monitorinqdə iştirak ediblər. aia.az Geri dön |