Ana Sayfa > Siyasət > Azərbaycan XİN belçikalı parlamentarinin işğal olunmuş ərazilərimizə qanunsuz səfərini araşdırır

Azərbaycan XİN belçikalı parlamentarinin işğal olunmuş ərazilərimizə qanunsuz səfərini araşdırır


31-10-2018, 16:32. Yazar: sevinc1
Azərbaycan XİN belçikalı parlamentarinin işğal olunmuş ərazilərimizə qanunsuz səfərini araşdırır


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Belçika parlamentinin üzvünün işğal olunmuş ərazilərimizə qanunsuz səfərini araşdırır. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, hazırda Belçikadan qanunsuz səfər edənlər araşdırılır:

"Qanunsuz səfərə görə onların adlarının "arzuolunmaz şəxslərin siyahısı"na daxil edilməsinə dair qərar qəbul ediləcək".

Xatırladaq ki, ötən gün Belçika Federal Parlamentinin üzvü, İslahatçılar Hərəkatı Partiyasının beynəlxalq əlaqələr üzrə sədri Jan Jak Flao və onun müavini Culi Szmay Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər.

aia.az
Geri dön