Ana Sayfa > Cəmiyyət > Bakıda vətəndaşları polis adı ilə hədələyib pul alan dəstəyə hökm oxundu

Bakıda vətəndaşları polis adı ilə hədələyib pul alan dəstəyə hökm oxundu


31-10-2018, 16:07. Yazar: sevinc1
Bakıda vətəndaşları polis adı ilə hədələyib pul alan dəstəyə hökm oxundu


Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən) maddəsi ittihamdan çıxarıb, Cinayət Məcəlləsin 309 (vəzifə səlahiyyətlərini aşma) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunaraq təqsirləndirilənlərin hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittihama görə, ötən ilin avqust ayında Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları polis formasında olan bir qrup şəxsi saxlayıblar. Araşdırma zamanı dörd nəfərdən ibarət olan dəstə üzvləri - Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayevin vətəndaşları hədələmək yolu ilə onlardan pul alması məlum olub. Həmin şəxslər bu yolla Sabunçu rayonunun dörd sakininin pulunu mənimsəyiblər. Onlar Fazil Qədimov və İmran Orucovdan 1000 manat, Məmmədəli Novruzovdan 740 manat, Kamal Poladxanovdan 300 manat alıblar.

Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən) maddəsi ilə irəli sürülüb.

aia.az
Geri dön