Ana Sayfa > Siyasət > Məmmədyarov Bolqarıstan prezidenti lə görüşüb
Məmmədyarov Bolqarıstan prezidenti lə görüşüb31-10-2018, 15:09. Yazar: sevinc1 |
Bolqarıstana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə görüşüb. XİN-dən Azvision.az-a verilən xəbərə görə, xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Bolqarıstan Respublikasının Prezidenti cənab Rumen Radevə çatdırdı. Bolqarıstan Respublikasının Prezidenti səmimi təbrikə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirdi və Prezident İlham Əliyevə salamları və ən xoş arzularının yetirilməsini xahiş etdi. Görüş zamanı iki ölkə arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərindən məmnunluq ifadə olundu. Hər iki tərəfin əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində maraqlı olduğu vurğulandı. Xüsusilə energetika və nəqliyyat sahələrində əməkdaşlığın dərinləşdirilməsinə hər iki ölkə tərəfindən verilən önəm qeyd edildi. Prezident Rumen Radev 2017-ci ilin oktyabr ayında Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə birgə bəyanatlarının davamı olaraq, Bakı-Sofiya birbaşa hava xəttinin açılmasını çox yüksək qiymətləndirdi. Bu hava xəttinin açılmasının tərəflər arasında xüsusilə turizm sahəsində əlaqələrin inkişafı baxımından mühüm rol oynadığı vurğulandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri zamanı 4 mart 2015-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişaf etdirilməsi baxımından əlverişli siyasi zəmin yaratdığı ifadə olundu. aia.az Geri dön |