Ana Sayfa > Parlament / Aia TV / Karusel > Liftdə qadınlara hücum edən seksual manyaka rəhm olunmadı – FOTO

Liftdə qadınlara hücum edən seksual manyaka rəhm olunmadı – FOTO


22-12-2015, 16:32. Yazar: admin

Qasımov qadınları yerə yıxaraq soyundurmağa çalışıb.

Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini İlkin Qasımovun (1984-cü il təv.) CM 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə), 29,149.2.3 (zorlamaya cəhd, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə), 29,149.2.4 (zorlamaya cəhd, zərərçəkmiş şəxsi sağlamlığa ağır zərər vurma hədəsi ilə törədildikdə), 29,149.2.5 (zorlamaya cəhd, təkrar törədildikdə), 150.2.4 (seksual xarakterli zorakılıq hərəkətləri, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı xüsusi amansızlıqla törədildikdə) və 221.3-cü (xuliqanlıq, silhadan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aia.az xəbər verir ki, ötən il aprelin 19-da daxil olan şikayətlər əsasında Yasamal RPİ 28-ci polis bölməsinin əməkdaşları tərəfindən xanımlara qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinən Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan İlkin Qasımov saxlanılıb.

Araşdırma zamanı onun əvvəllər 4 dəfə məhkum olunması məlum olub. Tutulan şəxs qadınlara və qızlara qarşı zorakılıq hərəkətləri etməsini qismən etiraf edib, lakin çox keçmədən o, polislərin gözündən yayınaraq, bölmədən qaçıb. Xeyli çəkən axtarışlardan sonra həmin şəxs mayın 27-də həbs edilib.

İstintaqın gedişatında paytaxtın müxtəlif rayonlarında 5 qadına qarşı hücum etməsi məlum olub. O, əsasən binaların liftində və dəhlizində zərərçəkənlərə qarşı zorakılıq edib, onları yerə yıxaraq soyundurmağa çalışıb, Qasımovun bir neçə əməli binaların təhlükəsizlik kameralarına da düşüb. Seksual manyak özünə məxsus olan “Mercedes” markalı avtomobillə qurbanlarını izləyib və sonra əlverişli məqamdan istifadə edib, əməlini həyata keçirməyə çalışıb.

Məhkəmə prosesində İlkin Qasımov ittiham üzrə özünü təqsirli hesab etməyib.

Dövlət ittihamçısı İlkin Qasımovun 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Son sözlə çıxış edən təqsirləndirilən şəxs əməllərə görə zərərçəkənlərdən üzr istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Qasımov 13 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Cəzasının yüngülləşdirilməsi üçün məhkum apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdırıb, şikayəti təmin etməyərək birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.




Geri dön