Ana Sayfa > Parlament > Bakıda qadına 70 min manatlıq dələduzluq edən şəxsə 6 il cəza verildi
Bakıda qadına 70 min manatlıq dələduzluq edən şəxsə 6 il cəza verildi31-10-2018, 11:50. Yazar: sevinc1 |
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən İntiqam İsmayıloğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İntiqam İsmayıloğlu 6 il azadlıqdan məhrum edilib. İttihama görə, İ.İsmayıloğlu Bakı şəhər sakini Svetlana Əhmədovanın 70 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. S.Əhmədovanın şikayəti əsasında saxlanılan İ.İsmayıloğlu barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. aia.az Geri dön |