Ana Sayfa > Gündəm > Azərbaycan xaricdə daha 10 ticarət evi açacaq
Azərbaycan xaricdə daha 10 ticarət evi açacaq31-10-2018, 11:48. Yazar: sevinc1 |
2019-cu ildə Azərbaycan xaricdə on ticarət evi açacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib. O bildirib ki, Çində bir neçə ticarət evi açıla bilər. Y.Abdullayev əlavə edib ki, gələn il həmçinin azərbaycanlı sahibkarların Çin və Cənubi Koreyada beynəlxalq sərgilərdə iştirakı nəzərdə tutulub. aia.az Geri dön |