Ana Sayfa > Manşet / Təhsil > Dünyanın ən nüfuzlu 1250 universiteti - Siyahıda Azərbaycanın adı niyə yoxdur?
Dünyanın ən nüfuzlu 1250 universiteti - Siyahıda Azərbaycanın adı niyə yoxdur?31-10-2018, 11:35. Yazar: sevinc1 |
ABŞ-ın “U.S. News and World Report” dərgisi təhsil səviyyəsinə görə dünyanın ən yaxşı 1250 universitetinin siyahısını dərc edib. Modern.az xəbər verir ki, həmin universitetlər 13 kriteriya (aktivlik, elmi işlər, akademik dünyada universitetdən sitatların gətirilməsi, regional və beynəlxalq nüfuzu və s.) əsasında seçilib. Siyahının geniş olmasına rəğmən, təəssüf ki, orada heç bir Azərbaycan universiteti yer almayıb. Buna rəğmən, qonşu Gürcüstandan İvan Cavaxaşvili adına Tbilisi Dövlət Universiteti (435-ci) siyahıda qərarlaşıb. Qardaş Türkiyə Respublikasından isə tam 27 ali təhsil müəssisəsi reytinqin müxtəlif pillələrində yerləşib. Onlar arasında ən reytinqli universitetlər Boğaziçi Universiteti (234), Orta Doğu Texniki Universiteti (367), İstanbul Texniki Universiteti (376) və Bilkent Universiteti (531) sayılır. Şimal qonşumuz Rusiya reytinqdə 14 universitetlə təmsil olunur. Ən yüksək göstəricilər Lomonosov adına Moskva Dövlət Universiteti (275), “MİFİ” – Milli Araşdırmalar Nüvə Universiteti (419) və Novosibirsk Dövlət Universitetinə (433) məxsusdur. Cənub qonşumuz İrana gəldikdə isə Islam Respublikasının 21 universitetini reytinq siyahısında görə bilərik. Onlar arasında Təbriz şəhərinin 2 ali təhsil müəssisəsi – Təbriz Universiteti (872) və Təbriz Tibb Universiteti (1225) də yer alıb. Ən güclü İran universitetləri arasında Tehran Universiteti (438), İslam Azadi Universiteti (460) və İsfahan Texnologiya İnstitutu (590) qərarlaşıb. Dünyanın ən nüfuzlu universitetlərinin ilk “onluq”una gəldikdə ilk sırada ABŞ-ın Harvard Universiteti gəlir. Növbəti yerlərdə isə Massaçusets Texnologiya İnstitutu, Stenford Universiteti, Berkli Universiteti, Oksford Universiteti, Kaliforniya Texnologiya İnstitutu, Kembric Universiteti, Kolumbiya Universiteti, Priston Universiteti və Vaşinqton Universitetidir. aia.az Geri dön |