Ana Sayfa > Gündəm > Nazir müavini: Azərbaycanda qadınların fermerliyə marağını təşviq etmək lazımdır

Nazir müavini: Azərbaycanda qadınların fermerliyə marağını təşviq etmək lazımdır


30-10-2018, 16:50. Yazar: sevinc1
Nazir müavini: Azərbaycanda qadınların fermerliyə marağını təşviq etmək lazımdır


Azərbaycanda qadınların fermerliyə marağını təşviq etmək lazımdır.

Trend-in məlumatına görə, bunu “Aqrar Məşğulluğun Artırılması Layihəsi”nin (AMAL) təqdimatı mərasimində Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev deyib.

F.Hacıyev bu məsələnin prinsipial əhəmiyyət daşıdığını deyib:

“Azərbaycanda qadın fermerlərin sayının ildən-ilə artması üçün bütün şərtlərin yaradılması lazımdır”.

AMAL layihəsindən danışan nazir müavini əlavə edib ki, bu layihə kənd təsərrüfatı sahəsinə çoxlu sayda gənci cəlb etməyə imkan yaradacaq.

F.Hacıyevin sözlərinə görə, layihə gənclər siyasətinin möhkəmləndirilməsinə xidmət edəcək.

aia.az
Geri dön