Ana Sayfa > Gündəm > İlham Əliyev “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nı təsdiqlədi

İlham Əliyev “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nı təsdiqlədi


30-10-2018, 16:06. Yazar: sevinc1
İlham Əliyev “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nı təsdiqlədi


Prezident İlham Əliyev “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.



Modern.az xəbər verir ki, sərəncamla “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” təsdiq edilib.



Bu Sərəncamla təsdiq edilmiş Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə əlaqələndirici orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edilib.



Nazirlər Kabinetinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, aidiyyəti dövlət orqanları və qurumları ilə birlikdə Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2019–2025-ci illər üçün Tədbirlər Planının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

aia.az
Geri dön