Ana Sayfa > İqtisadiyyat / Manşet / Karusel > Süni qiymət artımı və qıtlığın qarşısı alınacaq - nazirlik

Süni qiymət artımı və qıtlığın qarşısı alınacaq - nazirlik


22-12-2015, 15:44. Yazar: admin

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib.

Nazirliyin mətbuat xidmətindən Aia.az-a verilən məlumata görə, Dövlət Xidməti istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir və manatın məzənnəsinin dəyişməsindən sui-istifadə hallarına rast gəlindiyi təqdirdə, qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində manatın idarə olunan üzən məzənnə rejiminə keçirilməsi barədə qərar qəbul edib.
Geri dön