Ana Sayfa > Gündəm > “Repressiya qurbanlarına “Sahil” bağında abidə ucaldılsın”

“Repressiya qurbanlarına “Sahil” bağında abidə ucaldılsın”


30-10-2018, 12:25. Yazar: sevinc1
“Repressiya qurbanlarına “Sahil” bağında abidə ucaldılsın”


Milli Məclisin deputatı Fazil Mustafa Stalin repressiyasının qurbanlarına abidə ucaldılmasını təklif edib.



Modern.az-ın məlumatına görə, deputat parlamentin iclasında bu haqda danışıb.



O, Stalin qurbanlarının məzarlarının tapılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Deputat qeyd edib ki, məzarı aşkarlanan soydaşlarımızin kimliyi ilə bağlı DNT analizi aparılmalıdır.



“Bu DNT analizi dövlət hesabına aparılmalıdır. Bəzi represiya qurbanlarının nəslindən olan imkanlı şəxslər onların DNT analizini aparır. Lakin bir çoxunun analizi aparılmır. Məsələn, Mikayıl Müşfiqin imkanlı adamı olmadığından DNT analizi aparan yoxdur. Ona görə də təklif edərdim ki, respressiya qurbanlarının kimliyini müəyyən etmək üçün dövlət hesabına DNT analizi aparılsın”.



Fazil Mustafa eyni zamanda, repressiya qurbanlarının xatirəsinə abidə ucladılmasını təklif edib.



“Hesab edirəm ki, bu abidə şəhərin mərkəzində “Sahil” bağında ucaldıla bilər”

aia.az
Geri dön