Ana Sayfa > Siyasət > “Paşinyan ABŞ-ın köməyi ilə hakimiyyətə gəlib, onlara borculdur” – Rusiyalı müşavir

“Paşinyan ABŞ-ın köməyi ilə hakimiyyətə gəlib, onlara borculdur” – Rusiyalı müşavir


30-10-2018, 10:50. Yazar: sevinc1
“Paşinyan ABŞ-ın köməyi ilə hakimiyyətə gəlib, onlara borculdur” – Rusiyalı müşavir


“Nikol Paşinyan ABŞ qarşısında borcludur və ona tez-tez xatırlayırlar ki, o borcunu ödəməlidir”.



Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə “Reqnum” agentliyinin baş redaktoru, 1-ci dərəcəli dövlət müşaviri Modest Kolerov Con Boltonun Cənubi Qafqaz regionuna səfərini şərh edərkən deyib.



“Boltonun Yerevandakı açıqlamaları ilk növbədə Paşinyana ünvanlanıb. Ondan siyasi dəstəyə görə konkret addımlar istənilir. Paşinyan ABŞ-ın dəstəyi ilə hakimiyyətə gəlib və indi Ağ Evdə ondan konkret addımlar, məsələn, Qarabağ münaqişəsinin həllində konkret dinamika gözlənilir”.



Ekspertin fikrincə, Qarabağ məsələsi Paşinyan üçün ciddi təzyiq faktorudur. O deyib ki, Moskva da Paşinyanın siyasi addımlarına heç bir müdaxilə etmək niyyətində deyil.



aia.az
Geri dön