Ana Sayfa > Karusel / Cəmiyyət > Borca görə adam döyənlər saxlanıldı

Borca görə adam döyənlər saxlanıldı


30-10-2018, 10:47. Yazar: sevinc1
Borca görə adam döyənlər saxlanıldı


Zor tətbiq etməklə özbaşınalıq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb



Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini C.Salmanov oktyabrın 28-də M.Ə.Rəsulzadə qəsəbəsindəki evinə gələn 2 nəfərin onu həyətə çağırıb döydüklərini, “Niva” markalı avtomobildə Qobu qəsəbəsindəki bir evə apararaq yenidən döyərək borclu olduğu pulu tələb etdiklərini bildirib.



Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən bildirilib.



Məlumatla əlaqədar təxirəsalınmaz əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri olan Elşən və Elvin Mustafayevləri qısa müddətdə müəyyən edərək saxlayıblar.



Faktla bağlı Cinayət Məcəlləsinin 322.2-ci (özbaşınalıq - eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

aia.az
Geri dön