Ana Sayfa > Parlament > Məktəb Bakıda 15 yaşlı şagirdin qaçırıldığını təkzib etdi
Məktəb Bakıda 15 yaşlı şagirdin qaçırıldığını təkzib etdi29-10-2018, 16:47. Yazar: sevinc1 |
Bakının Qaradağ rayonundakı Sahil qəsəbəsində 15 yaşlı məktəbli qızın qaçırılması barədə xəbər yayılıb. Bu barədə hüquq-mühafizə orqanlarına qızın anası – 38 yaşlı Samirə Əliyevanın məlumat verdiyi bildirilir. İddia olunur ki, anası oktyabrın 28-də qızı X.Mikayılovanın 20 yaşlı qəsəbə sakini Teymur İsgəndərov tərəfindən evlənmək məqsədilə oğurlandığını söyləyib. Məsələ ilə bağlı Sahil qəsəbəsindəki 319 nömrəli tam orta məktəbdənModern.az-a açıqlama verilib. Bildirilib ki, Mikayılova X.-nin anası ilə əlaqə saxlanılıb. Ana qızının hazırda evdə olduğunu deyib. "Həmçinin valideyni vurğulayıb ki, onun qızının 2 gün dərsə gəlməməsinin səbəbi xəstə olmasıdır”. Qeyd edək ki, bu barədə ilk xəbəri Sputnik.az yazıb. aia.az Geri dön |