Ana Sayfa > Dünya > Belçikada Qəddafinin hesabdan itmiş pulları axtarılır

Belçikada Qəddafinin hesabdan itmiş pulları axtarılır


29-10-2018, 15:54. Yazar: sevinc1
Belçikada Qəddafinin hesabdan itmiş pulları axtarılır



Belçikada polis Liviyanın keçmiş rəhbəri Müəmmər Qəddafiyə məxsus olduğu ehtimal edilən hesablardan itmiş pullarla bağlı araşdırma aparır.

Trend-in məlumatına görə, məbləğ milyardlarla avro həcmində ölçülür.

Ehtimal olunur ki, həmin pullar Liviyada bir sıra qruplaşmaların maliyyələşdirilməsinə yönəlib.

M.Qəddafinin varisləri isə bu məsələdə Fransanın sabiq prezidenti Nikolya Sarkozini ittiham edir.

Qeyd edək ki, M.Qəddafinin ölümündən sonra 2011-ci ildə BMT Təhlükəsizlik Şurası onun aktivlərini dondurmuşdu.


aia.az
Geri dön