Ana Sayfa > Dünya > Səudiyyə Ərəbistanı Türkiyənin tələbini RƏDD ETDİ - “Qatilləri onlara verməyəcəyik!”

Səudiyyə Ərəbistanı Türkiyənin tələbini RƏDD ETDİ - “Qatilləri onlara verməyəcəyik!”


27-10-2018, 15:47. Yazar: sevinc1
Səudiyyə Ərəbistanı Türkiyənin tələbini RƏDD ETDİ - “Qatilləri onlara verməyəcəyik!”


Səudiyyəli jurnalist Camal Kaşıkçının qatilləri Səudiyyə Ərəbistanında mühakimə ediləcək.

BakuPost xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Xarici İşlər naziri Adil əl Cubeyr məlumat verib. O bildirib ki, hazırda hadisə ilə bağlı türk həmkarlarla birgə araşdırma aparılır: "Tədqiqatlar vaxt aparır. Araşdırmalar getdikcə həqiqətdə ortaya çıxacaq. Lakin biz Türkiyənin qatillərlə bağlı tələbəni rədd etmişik. Saxlanılan şəxslər öz ölkəmizdə mühakimə olunacaq.”

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cinayət hadisəsinin İstanbulda qeydə alındığını əsas gətirərək, qətldə əli olan 18 nəfərin Türkiyədə mühakimə olunmasını tələb etmişdi.


aia.az
Geri dön