Ana Sayfa > Ölkə > AMTA meyvə-tərəvəz istehsal edən sahibkarların bu sahədəki bilik və bacarıqlarını artıracaq
AMTA meyvə-tərəvəz istehsal edən sahibkarların bu sahədəki bilik və bacarıqlarını artıracaq28-09-2018, 17:06. Yazar: sevinc1 |
Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası( AMTA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə "Regionlarda meyvə-tərəvəz istehsalı sahəsində çalışan kiçik sahibkarların AMTA-ya cəlb olunması , bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində növbəti təlimi 28- 29 sentyabr 2018 ci il tarixlərində Quba rayonunda təşkil etmişdir. AMTA-nın sədr müavini və layihənin rəhbəri Jalə Əmirbəyova Assosiasiyanın məqsədi, fəaliyyət istiqamətləri haqqında təlim iştirakçılarını məlumatlandırdı. Layihənin Quba rayonunda 3 istiqamətdə - Meyvə bağları , kartofçuluq və açıq sahədə tərəvəz yetişdirən kiçik sahibkarlar üçün əhəmiyyətini vurğuladı. Qida təhlükəsizlik agentliyinin Quba regional şöbəsinin müdiri Elvin Şərifov çıxış edərək ixrac edilən məhsullarda fitosanitariya tələblər, Agentliyin yaradılmasının əhəmiyyəti, məqsəd və fəaliyyət istiqamətləri və Agentliyin yerli və xaricə bazarlar satışa çıxarılan məhsullar üçün tələbləri ilə sahibkarları tanış etdi. Meyvə -Tərəvəz üzrə aqronom –mütəxəssis "Modern- Agro" MMC-nin direktoru. AMTA - nın üzvü Eldəniz Doldolov yeni gübrələr, meyvə bağlarına düzgün qulluq , yüksək məhsuldarlıq əldə etmək üçün vacib qaydaları təlim iştirakçılarının diqqətinə çatdırdı. Təlimin sonunda sahibkarların bütün sualları cavablandırıldı. aia.az Geri dön |