Ana Sayfa > Manşet / Ölkə > Sürüşmə zonasının sakinləri evlərinə qayıtdılar - Xəbərdarlığı qulaqardına vurdular

Sürüşmə zonasının sakinləri evlərinə qayıtdılar - Xəbərdarlığı qulaqardına vurdular


26-10-2018, 14:19. Yazar: sevinc1
Sürüşmə zonasının sakinləri evlərinə qayıtdılar - Xəbərdarlığı qulaqardına vurdular


Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacının üst hissəsində yerləşən 8 villanın sakini evlərinə qayıdıb.

Modern.az xəbər verir ki, sakinlər Səbail rayon İcra Hakimiyyətinin müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlığına məhəl qoymayaraq, evlərində yaşamağa davam edirlər.



Məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyətindən Modern.az-a faktı təsdiqləyiblər. Eyni zamanda qeyd ediblər ki, “bu, onların öz seçimidir. İcra Hakimiyyəti yarana biləcək təhlükə ilə bağlı onları evlərini tərk etmələrilə bağlı xəbədar edib”.



Qeyd edək ki, 2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində (Badamdarla 20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib. Sürüşən torpaq qatının eni 250, uzunluğu 200, hündürlüyü isə 15 metrdən artıqdır.

Hadisə nəticəsində həmin yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin (villa) sahiblərinə evləri müvəqqəti boşaltmaq tapşırılıb. Sakinlər evdə olmadığı müddətdə villalar gözətçilər tərəfindən qorunur.



aia.az
Geri dön