Ana Sayfa > İqtisadiyyat / Manşet / Karusel > Dollarla krediti olanların borcları köhnə məzənnə ilə hesablanacaq

Dollarla krediti olanların borcları köhnə məzənnə ilə hesablanacaq


22-12-2015, 13:11. Yazar: admin



Azərbaycanda bəzi banklar dollarla kredit götürən müştərilərinə jest edib.

Aia.az-in məlumatına görə, bunlardan biri Unibankdır. Bank dollarda olan kredit borclar həftə sonu- 19 və 20 dekabr tarixlərində bütün ödəniş məntəqələrində- bankın ödəniş terminalları, Milli Ön, E- manat terminalları , Azərpoçt, onlayn (unibank.az və hesab.az saytlarında) və digər kanallarla ödəyən müştərilərin məzənnə itkilərini bank öz üzərinə götürüb. Qeyd olunan günlərdə olan ödənişlər dolların Unibank-da olan köhnə məzənnəsi ilə (1 USD= 1.07 AZN) hesablanacaq.

Bundan başqa Unibank-ın plastik kart sahiblərinə də güzəşt edib. Belə ki, manatın xarici valyutalar qarşısında məzənnəsinin dəyişməsi nəticəsində kart sahiblərinin məruz qala biləcəyi itkiləri də bank öz üzərinə götürməyə qərar verib. Bu məqsədlə, hesabı Azərbaycan manatında olan və 21 dekabrda yeni valyuta məzənnələri elan olunanadək xarici valyutada aparılan əməliyyat məbləğləri hesablardan silinərkən 18 dekabrda qüvvədə olmuş məzənnə əsas götürüləcək. Bu qərar bankın həm kredit, həm də debit kartlarına şamil edilir.

Ödəniş kartları ilə mövcud hesablaşma qaydalarına əsasən tranzaksiya anında ilk növbədə əməliyyatın məbləğinin bloklanması (dondurulması) baş verir. Kart hesabının valyutası ilə əməliyyatın valyutası fərqləndikdə, bu proses həmin ana qüvvədə olan məzənnə əsasında aparılır. Vəsaitin hesabdan silinməsi isə faktiki olaraq 30 gün ərzində baş verə bilir. Bu zaman vəsait müştərinin hesabından cari günün məzənnəsi ilə silinib Beynəlxalq Ödəniş Sistemlərinə köçürülür. Yerli valyutanın xarici valyutalar qarşısında ucuzlaşması zamanı bloklanmış məbləğə nisbətən daha çox məbləğ silinə bilər ki, bu hal müştərilərlə bağlanan "Ödəniş kartlarına xidmət göstərilməsi”nə dair razılaşmada müştərini riski kimi dəyərləndirilir. Buna baxmayaraq, müştəri məmnunluğuna daim önəm verən Unibank bu itkini müstəsna hal kimi qarşılamağı qərara alıb.

Ancaq bəzi banklar tam əksinə, 5-ci gün balansına pul köçrən müştərilərinin hesabında 1-ci gün dolları yeni məzənnə ilə daxil edib. BAKU.WS-ə müraciət edən vətəndaşlar həftə sonu hesablarına köçürdükləri pulun 1-ci gün saat 14:00-dan etibarən yeni məzənnəyə dəyişdirildiyini və pullarının 50% çıxıldığını bildiriblər.
Geri dön