Ana Sayfa > Parlament > Bakı sakini kafedə xüsusi amansızlıqla döyülərək öldürüldü
Bakı sakini kafedə xüsusi amansızlıqla döyülərək öldürüldü26-10-2018, 13:53. Yazar: sevinc1 |
Bakıda kafedə kişi döyülərək öldürülüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsindəki "Ordubad" kafesində baş verib. Bakı sakini Məmmədzadə Nizam Ceyhun oğlu həmin kafedə Ələkbərov Elçin Vahid oğlunu xüsusi amansızlıqla döyüb. E.Ələkbərov qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli ağır xəsarətləri ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilsə də, orada ölüb. Faktla bağlı Xətai rasyon Prokurorluğöunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. aia.az Geri dön |