Ana Sayfa > Siyasət > AXCP üzvləri REAL-a söz atır, qarşı tərəf isə... - AÇIQLAMA
AXCP üzvləri REAL-a söz atır, qarşı tərəf isə... - AÇIQLAMA26-10-2018, 13:48. Yazar: sevinc1 |
Son günlər sosial şəbəkələrdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri ilə REAL Partiyasının nümayəndələri atrasında qarşılıqlı ittihamlar, atmacalar müşahidə edilir. Bunlar nədən qaynaqlanır? “Rəhbərlik səviyyəsində nə REAL Partiyası, nə də Azərbaycan Xalq Cəbhəsi Partiyası bir-birlərinə qarşı ittihamlar səsləndirməyib, siyasi polemika yaşanmayıb”. Bunu Modern.az-a adıçəkilən partiyaların üzvlərinin sosial şəbəkələrdə bir-birinə qarşı ittihamlar səsləndirməsinin səbəblərindən danışakən Respublikaçı Alternativ Partiyasının Ali Məclisinin üzvü Natiq Cəfərli söyləyib. O qeyd edib ki, partiya üzvlərinin müstəqil fikir səsləndirməyinə müdaxilə edilə bilməz: “Hər iki partiyanın üzvlərinin sayı kifayət qədər çoxdur. Təkcə REAL-ın rəsmi üzvlərinin sayı 2400 nəfərə yaxındır. Partiyadaxili demokratiya isə yüksək səviyəyədədir və insanların öz fikirlərini sərbəst ifadə etmələrinə imkan yaradılıb. Ona görə, “REAL”çıların tamamının yazılarına nəzarət edilməsi nə mümkündür, nə də lazımdır. Partiyaların sıravi üzvləri arasında belə polemika gedirsə, bu normal qarşılanmalıdır. Çünki bəzi məsələlərə baxış istiqaməti müxtəlifdir. Hamımız eyni cür düşünsəydik, ayrı-ayrı partiyaların olmasına ehtiyac qalmazdı. Fikir ayrılıqlarına siyasi rəqabətin tərkib hissəsi kimi baxmaq lazımdır. Yenə təkrar edirəm, rəhbərlik səviyyəsində hər hansı siyasi qarşıdurma, iddiaların səsləndirilməsi halları olmayıb”. aia.az Geri dön |