Ana Sayfa > Siyasət > Milli Məclisin deputatı Gürcüstanda prezident seçkilərini izləyəcək

Milli Məclisin deputatı Gürcüstanda prezident seçkilərini izləyəcək


26-10-2018, 13:47. Yazar: sevinc1
Milli Məclisin deputatı Gürcüstanda prezident seçkilərini izləyəcək


Milli Məclisin deputatı Musa Quliyev oktyabrın 27-dən 29-dək Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olacaq.



Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatinin Parlament Məclisinin xətti ilə müşahidəçi qismində oktyabrın 28-də keçiriləcək Gürcüstan Prezidenti seçkilərinin gedişini izləyəcək.



Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, seçki günü deputatımız demokratik seçki qaydalarına riayət edilməsinə, müxtəlif seçki məntəqələrində iradəsini ifadə edən vətəndaşların fəallığına, səsvermə prosesində onların hüquqlarının təmin olunmasına diqqət yetirəcək.



Səfər çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin müşahidə missiyasının üzvləri ilə birgə Gürcüstan MSK-nın təmsilçiləri ilə görüşəcək. Seçki başa çatdıqdan sonra brifinqdə iştirak edəcək.



aia.az
Geri dön