Ana Sayfa > Ölkə > Külək Mehdiabadda fəsadlar törətdi: 3 binanın dam örtüyü dağıldı, xəsarət alan var

Külək Mehdiabadda fəsadlar törətdi: 3 binanın dam örtüyü dağıldı, xəsarət alan var


25-10-2018, 16:07. Yazar: sevinc1
Külək Mehdiabadda fəsadlar törətdi: 3 binanın dam örtüyü dağıldı, xəsarət alan var




Abşeron rayonunun Mehdiabad qəsəbəsində güclü külək fəsadlar törədib.

aia.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Mеhdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Bayram İbrahimov deyib.

İcra nümayəndəsi bildirib ki, güclü külək qəsəbə ərazisindəki məcburi köçkünlər üçün inşa edilən "Gənclər şəhərciyi"ndə 3 yaşayış binasının dam örtüyünü aşırıb:

"Külək binalardan birinin dam örtüyünü tam, ikisinin dam örtüyünün isə yarısını aşırıb. Hadisə nəticəsində bir nəfər, 30 yaşlı sakin xəsarət alıb".

aia.az
Geri dön