Ana Sayfa > Cəmiyyət > “Oğru dünyası”nın məşhur üzvü Türkiyədə yaxalandı

“Oğru dünyası”nın məşhur üzvü Türkiyədə yaxalandı


25-10-2018, 15:58. Yazar: sevinc1
“Oğru dünyası”nın məşhur üzvü Türkiyədə yaxalandı




“Batumlu Lavaşoğlu” İnterpol tərəfindən axtarışda idi
Gürcüstanlı mafiya lideri Mindia Goradze Türkiyənin Trabzon vilayətində da yaxalanıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, transmilli mütəşəkkil cinayətkar dəstə yaratmaqda təqsirləndirilərək, İnterpol xətti ilə axtarışda olan M. Goradzeni Trabzon polisi həbs edib. Ondan silah-sursat götürülüb.

“Oğru dünyası”nda “Batumlu Lavaşoğlu” ləqəbi ilə tanınan Mindia Goradze Gürcüstanda törətdiyi cinayətlərə görə İnterpol tərəfindən axtarışda idi.

Qeyd edək ki, Mindia Goradze 2015-ci ildə Moldovada yaxalanaraq, ölkədən deportasiya edilib.

aia.az
Geri dön