Ana Sayfa > Karusel / Ölkə > Nazirlik tozlu hava ilə bağlı məlumat yaydı

Nazirlik tozlu hava ilə bağlı məlumat yaydı


25-10-2018, 11:07. Yazar: sevinc1
Nazirlik tozlu hava ilə bağlı məlumat yaydı


Bakı və Abşeron yarımadasında bu gün səhər saatlarında müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır.



Bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən bildirilib.



Məlumata görə, mütəxəssislərinin apardığı monitorinqlərin nəticələr göstərir ki, ölkə ərazisində sinoptik vəziyyətlə və cənub-qərb küləyinin güclənməsi ilə əlaqədar ətraf ərazilərdə formalaşan toz Bakı şəhərinin bir çox rayonlarında, əsasən Yasamal və Xətai rayonlarında müşahidə edilir. Sözügedən ərazilərdə aparılan monitorinqlərin nəticələrinə əsasən havada tozun miqdarının sanitar normadan 2.5-3 dəfə çox olduğu müəyyən edilib.

aia.az
Geri dön