Ana Sayfa > Karusel / Parlament > Prokuror qətl törədən mütəşəkkil dəstə üzvlərinə cəza istədi - 86 il
Prokuror qətl törədən mütəşəkkil dəstə üzvlərinə cəza istədi - 86 il23-10-2018, 16:33. Yazar: sevinc1 |
Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən mütəşəkkil dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror təqsirləndirilən şəxslərə cəza istəyib. Dövlət ittihamçısı təqsirləndirilən şəxslər - Xəyal Paşayevin 20 il, Kənan Həsənov və Bilal Bayramovun 19 il, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədovun 14 il azadlıqdan məhrum edilməsini istəyib. Proses oktyabrın 30-da davam edəcək. İttihama görə, ötən il Xırdalan şəhəri 28-ci məhəllədə 1970-ci il təvəllüdlü Nəcəfov Valeh Ərzağa oğlu başından güllələnərək qətlə yetirilib, 1985-ci il təvəllüdlü Paşayev Xəyal Oqtay oğlu isə yaralı vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Hadisəni törətməkdə şübhəli bilinən Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədov saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib. aia.az Geri dön |