Ana Sayfa > İqtisadiyyat > 2019-un gəlirləri və xərcləri - Yeni bücdə zərfi açıqlandı

2019-un gəlirləri və xərcləri - Yeni bücdə zərfi açıqlandı


23-10-2018, 16:26. Yazar: sevinc1
2019-un gəlirləri və xərcləri - Yeni bücdə zərfi açıqlandı


Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 mln. manat, xərcləri 24 780,1 mln. manat proqnozlaşdırılır.

2019-cu il dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 316,0 mln. mantı və ya 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 mln. manatı və ya 49,6%-i ARDNF-dan transfertlərin, 3 451,6 mln. manatı və ya 15,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 mln. manatı və ya 3,4%-i isə digər gəlirlərin payına düşür.

Beynəlxalq maliyyə qurumları tərəfindən növbəti il üçün xam neftin 1 barrelinin 60-70 dollar ətrafında proqnozlaşdırılması və digər qlobal amilləri nəzərə almaqla 2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanamasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.
Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər çıxılmaqla dövlət büdcəsinin gəlirləri 11 553,2 mln. manat təşkil edir ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 3,3%, 2017-ci ilin icrası ilə müqayisədə 10,9% çoxdur.

2019-cu il dövlət büdcəsinin gəlirlərinin 59,8%-i və ya 13 700,3 mln. manatı neft sektorunun, 40,2%-i və ya 9 217,2 mln. manatı qeyri-neft sektorunun payına düşür. 2018-ci ilin proqnozu ilə müqayisədə neft sektorunun gəlirləri 2,7% çox, qeyri-neft sektorunun gəlirləri isə 4,7% çoxdur.
Gələn il dövlət büdcəsinin kəsirini yuxarı həddi 1 862,6 mln. manat məbləğində nəzərdə tutulur. Onun maliyyələşdirilməsi dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından, xaricdən cəlb olunann kreditlər və özəlləşmədən daxilolmalar hesabına həyata keçiriləcək. 2019-cu il dövlət büdcəsinin kəsirinin ÜDM-ə nisbəti 2,3% təşkil edəcək.
Qeyd edək ki, aparılmış struktur dəyişikliyənə əsasən növbəti ildən xaricdən cəlb edilmiş kreditlər(1 695,6 mln. manat) icmal büdcənin xərclərindən çıxarılaraq dövlət büdcəsinin xərclərinə əlavə edildiyinə görə, həmin vəsait icmal büdcənin kəsirinin maliyyələşdirilməsinə deyil, dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə yönəldiləcək.

Xatırladaq ki, 2018-ci il dürüstləşmiş dövlət büdcəsinin gəlirləri 22 149 mln. manata, xərclər 23 100 mln. manat təşkil edir.

Bu gün həmçinin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2019-cu il üçün büdcəsinin gəlir və xərcləri arçıqlanıb. Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsində DSMF-nin gələn il üçün gəlir və xərcləri 3 928 104 000manat səviyyəsində nəzərdə tutulub.

Qanun layihəsinə əsasən, 2019-cu ildə DSMF-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları 2 419 371 590 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə 811 687 000 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 110 684 590, qeyri-büdcə sektoru üzrə 1 497 000 000 manat, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 65 000 000, sair gəlirlər 6 000 000 manatnəzərdə tutulub.

Sənəddə, gələn il üçün dövlət büdcəsindən ayırmalar, yəni transfertlərin proqnozu 1 502 732 410 manat götürülüb.

Fondun 2019-cu il büdcəsinin xərcləri əhaliyə ödənişlər üzrə 3 834 944 000 manat, o cümlədən əmək pensiyalarının ödənilməsi üzrə 3 743 000 000 manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə 91 944 000 manat, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 24 628 000, hamiləliyə və doğuşa görə 29 716 000, uşağın anadan olmasına görə 7 200 000 manat, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 13 400 000 manat, dəfn üçün 17 000 000 manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 22 500 000 manat proqnozlaşdırılıb.

Azərbaycanda səhiyyə, təhsil sahəsinə gələn il üçün dövlət büdcəsindən ayrılacaq vəsait artırılır. Azərbaycanın 2019-cu il dövlət büdcəsi zərfində qeyd olunub ki, gələn il Səhiyyə Nazirliyinə 2 milyon 283 min 168 manat vəsaitin ayrılması nəzərdə tutulur.

Bu da 2018-ci illə müqayisədə 192 min 680 manat çoxdur.

Təhsil Nazirliyinə isə 10 milyon 333 min 259 manat vəsait ayrılacaq. Bu məbləğ 2018-ci illə müqayisədə 1 milyon 40 min 946 manat çoxdur.

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinə 2019-cu ildə dövlət büdcəsindən ayrılacaq vəsait də artırılır. (Report)

aia.az
Geri dön