Ana Sayfa > Manşet / Siyasət > Rafiq Daşdəmirli: Salome Zurabişvli Gürcüstanın səkkizinci prezidenti olacaq

Rafiq Daşdəmirli: Salome Zurabişvli Gürcüstanın səkkizinci prezidenti olacaq


23-10-2018, 15:18. Yazar: admin
Rafiq Daşdəmirli: Salome Zurabişvli Gürcüstanın səkkizinci prezidenti olacaq



Oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçiriləcək. Gürcüstan müstəqillik qazandıqdan sonra sayca yeddinci prezident seçkiləri olacaq. Bu seçkidə 25 nəfər namizəd iştirak edəcək. Azərbaycanın nəhəng iqtisadi layihələrinin reallaşması müəyyən mənada Gürcüstandakı stabillikdən asılıdır. Buna görə də bu ölkədə baş verənlər Azərbaycanın daima diqqət mərkəzində olmalıdır. Üstəlik, bu ölkədə yarım milyondan artıq soydaşımız yaşayır. Bütün bunlara görə Gürcüstanın yeri Azərbaycan üçün müstəsna əhəmiyyətə malikdir. Buna görə bu ölkədəki prezident seçkilərinə diqqət də böyük olmalıdır. Gürcüstanda prezident seçkiləri ilə bağlı bütün məsələlər siyasətçi, əslən Gürcüstanlı olan Rafiq Daşdəmirli ilə aydınlıq gətirməyə çalışırıq.

-Gürcüstandakı prezident seçkilərinin bu gün Azərbaycan üçün önəmi nədən ibarətdir?

-Əvvəla çox sağ olun ki, Gürcüstanda olan problemlərə və diğər məsələlərə daim qəzetiniz və şəxsi səhifələriniz vasitəsi ilə yer ayırırsınız. Əlbətdə ki,Gürcüstanda gedən proseslər əslən Borçalıdan olan bir şəxs kimi hər zaman məni maraqlandırıb. Orada böyümüşük, orada məktəbə getmişik, hər zaman elimiz-obamız bizi Borçalıya çəkir. İndi Gürcüstanda növbəti prezident seçkiləri keçirilir. Saylı günlər qalıb, iyirmi beş namizəd seçkilərə qoşulub. Onlardan 16 nəfər siyasi partiyalardan, 6 nəfəri isə təşəbbüs qrupları tərəfindən namizəd olaraq mübarizə aparırlar. Namizədlərin çoxluğuna baxmayaraq əsasən bu gün üç namizədin mübarizəsini yetərli saymaq olar. Bunlar əsasən yeddi partiyanin dəstəklədiyi Qriqori Vaşadze, müstəqil namizəd Salome Zurabişvli və David Baktadzedir. Nəzərə alsaq ki, Salome Zurabişvli xanımı hakim partiya dəstəkləyir. Onu bildirim ki, Qriqori Vaşadze ilə David Bakradzenin ayrı ayrılıqda mübarizə aparması, Salome xanımın şanslarını artırmış olur. Bu gün fərqli-fərqli sorğulara baxsaq və insanlar arasında söhbətlərimizdən məlum olur ki, seçkinin favoriti Salome xanım Zurabişvlidir. Mənim şəxsi mövqeyimə görə Salome xanım Gürcüstanın səkkizinci prezidenti olacaq.

Rafiq Daşdəmirli: Salome Zurabişvli Gürcüstanın səkkizinci prezidenti olacaq





-Seçkilərdə 25 nəfər namizəd iştirak edir. Onlardan hansını daha məqbul namizəd hesab edirsiniz?

-Gürcüstandaki seçkilərin Azərbaycan üçün önəmi çox böyükdür. Əvvəla Qafqaz pespublikları arasında iqtisadi və diğər baxımdan bizim respublikamız reytinqinə görə çox irəlidədir. Qafqaz pespublikasında bir qonşu respiblika ilə düşmən mövqeyindəyik. Torpaqlarımızı işğal ediblər bir milyona yaxın məcburi köçkünümüz var. Ona görə də onlarla münasibətimiz yoxdur və torpaqlardan çıxmayana kimi düzəlməyəcək. Qaldı ki,Gürcüstan Respublikasına, onlarla bizim çox qədimi dostluq, qonşuluq siyasətimiz var. Gürcüstan bizim yarım milyondan artıq yaşayan soydaşlarımızın ölkəsidir. Gürcüstanla bizim ortaq beynəlxalq lahiyələrimiz var. Ən böyük neft və qaz kəmərlərimiz Gürcüstan üzərindən Avropaya nəql olunur. Hərbi sahəsində də Türküyə, Azərbaycan və Gürçüstanla birgə müqavilələrimiz movcuddur. Gürcüstan iqtisadiyyatında Azərbaycanın payı var. SOCAR demək olar ki, Gürcüstan iqtisadiyyatında önəmli yer tutur. Azərbaycan və Gürcüstan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 5 milyard dollardan çoxdur. Azərbaycan Gürcüstanda əsas investor və kreditor ölkələrdən biridir. Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkət Azərbaycan Dövlət Neft Şirkətidir. Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. İki ölkə arasında qardaşlaşmış Naxçıvanla Batuminin və Gəncə ilə Kutaisinin yaxın ikitərəfli əlaqələri mövcuddur. Deyilib deyilməyənləri nəzərə alsaq Azbaycan üçün Gürcüstanda baş verən orada gedən proseslər, o çümlədən seçkilər önəmlidir.

Əslən Gürcüstandan olan siyasətçı ziyalılarımızın ayrı ayrı namizədlərə dəstək verməsi bu günkü günümüzdə əslində pis deyil.Harda olmalarından asılı olmayaraq siyasi proseslərdə iştirakları özü müsbət haldır.İndi dönəm dəyişib,zaman əvvəlki illərdən fərqlidir.Parlamentdə Azərbaycanlı deputatlarımız var.Həm müxalifətdə həm iqtidarda savadlı mübariz savadlı siyasətçilərimiz sözlərini deyə bilirlər.İndiyə kimi olan prezident seçkilərində azərbaycanlı namizədlərimiz olsada,onlar nəinki gürcülərdən hec öz həmyerlilərimizdən belə yetərincə dəstək ala bilməyiblər.Yaxşı olardı ki,Gürcüstanda siyasi partiyamız formalaşsın.Azərbaycan Respublikasında yaşayan əslən Borçalıdan olan ziyalılarımız partiyanın faliyyətinə yardımçı olsunlar.İnsanlarımızın marıflənməsində partiyanın faliyyəti çox önəmlidir.Patiyamız faliyyət göstərəndə mübarizə metodu dəyişəçək,siyasi xadimlərimiz daha çox yetişəcək,onda bir mövqedən mübarizə apara biləcəyik.

-Azərbaycanın Gürcüstandakı seçkilərlə bağlı siyasətini qaneedici hesab edirsinizmi?

-Azərbaycanın Gürcüstanla bağlı mövqeyini hər zaman qənaətbəxş hesab etmişəm. Amma biz Gürcüstanlilar və əslən Gürcüstandan olanlar Azərbaycandan daha çox gözləntimiz var. Daha çox Borçalımızın inkişafını, əhalimizin daha yaxşı yaşamasını istəyirik. İstəyirik ki, dədə- baba torpaqlarımızın məsələsi, dil problemimiz, məktəb problemlərimiz, ən ağrılı məsələ olan gediş-gəliş məsələrimiz birdəfəlik həllini tapsın . Çox təəssüf hissi ilə demək istəyirəm ki, Borçalıda yaşayan soydaşlarımız öz problemləri ilə baş-başa qalıblar. Azərbaycan Gürcüstanın daxili işinə qarışa bilməz. Daha yaxşı olar, orada yaşayan həmyerlilərimiz fəal olsunlar.

-Soydaşlarımızın Gürcüstanda ciddi seçici qüvvəsinə çevrilməsinə, Gürcüstanın siyasi həyatında öz yerini almasına nə mane olur?

-Gürcüstanda ciddi seçici qüvvəsinə çevrilməsinin Gürcüstanın siaysi həyatında öz yerini almasına əsasən mane olmağının ən önəmlisi vahid mövqedən çıxış edə bilməmələridir. Problemlər çox olsada hər kənd öz problemı uğrunda narazılıqları ayrı ayrılıqda həll etməyə çalışır. İndiyə kimi onların sözünü yuxarı distansiyalarda deyən çox az adam vardı. İndi ən yüksək tribunalarda insanlarımızın köklü problemlərini dövlət səviyyəsində,parlamentdə deyə biləcək deputatlarımız var. Hərçənd ki,bu da hələ azlıq təşkil etdiyindən yetərli sayıla bilməz. Yenə də vahid mövqedən çıxış etməyin yolu təşkilatlanmaqdan, konustitusya çərçivəsində mübarizədən keçir. Bu günə kimi həmyerlilərimizin dil bilməmələri onların işlə təmin olunmasında və yaxud siyasi proselərdə iştiraka mane olurdusa, indi o problem azlıb, yetərincə gürcü dilini bilən gənc kadrlarımız var, amma yenə də problemlər qalmaqdadır. Əgər vahid mövqedən çıxış edə bilsək, hər bir seçkili orqanlarda səs çoxluğu ilə seçkilərin taleyinə təsir edə bilərik. Umud edək ki, bu haqda fikirləşməyə dəyəcək.

-Yaxın zamanlarda Gürcüstanın siyasi səhnəsində soydaşlarımızın təmsilçiliyinin artacağını gözləyirsinizmi?

-Yaxın zamanlarda Gürcüstanın siyasi səhnəsində soydaşlarımızın təmsilçiliyinin artacağını əlbətdə ki, gözləyirəm.Yəqin ki, parlament seçkilərindəki fəallığı hər birimiz gördük. Orada gedən mübariz siyasətçılərimizi izlədik,onların siyasi baxışlarının şahidi olduq. Ümidli olmaq yaxşıdır, ümid edək ki, burdan da onlara dəstək olacaq, onları tək buraxmaq olmaz. Zaman kəsiyi bizim xeyrimizə işləyir,təki istək olsun.



Söhbətləşdi: Arzuman LOĞMANOĞLU
Geri dön