Ana Sayfa > Manşet / Ölkə > Raqub Həsənov: “Heydər Əliyev çəkdiyi yollarla Azərbaycanı öz müstəqilliyinə çatdırdı”

Raqub Həsənov: “Heydər Əliyev çəkdiyi yollarla Azərbaycanı öz müstəqilliyinə çatdırdı”


23-10-2018, 13:51. Yazar: sevinc1
Raqub Həsənov: “Heydər Əliyev çəkdiyi yollarla Azərbaycanı öz müstəqilliyinə çatdırdı”




Son dövrlər respublikanın cənub bölgəsində həyata keçirilən abadlıq-quruculuq işlərinin geniş vüsət alması, bölgənin rayonlarında yolların vəziyyətində də öz əksini tapır. Bu işlərin yüksək səviyyədə görülməsi üçün “7 saylı Magistral-Yol İstismar İdarəsi” MMC-nin kollektivi də üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir.

Bu gün ölkəmizdə yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artır. Artıq dəfələrlə qeyd etdiyimiz kimi, yol-nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramının uğurla həyata keçirilməsi baxımından, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən və işlərin bilavasitə icraçıları olan yol-istismar idarələrinin səmərəli fəaliyyətləri də xüsusi əhəmiyyət kəsb edir. Belə müəssisələrdən biri də Lənkəran rayonunda Raqub Həsənovun rəhbərliyi altında fəaliyyət göstərən “7 saylı Magistral-Yol İstismar İdarəsi” MMC-dir.

7 kəndi birləşdirən yolun tikintisi yüksək keyfiyyətlə həyata keçirilib

Artıq xəbər verildiyi kimi, bu günlərdə Lənkəran raonunun 7 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 22 kilometr olan Hirkan-Daştatük-Biləsər avtomobil yolunun açılışı olub. Qeyd edək ki, oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran rayonuna səfərləri çərçivəsində Hirkan-Daştatük-Biləsər avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər.



Hirkan-Daştatük-Biləsər avtomobil yolu uzun müddət təmir olunmadığı və burada yola asflat qatı vurulmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Bu isə xüsusən payız-qış mövsümündə nəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. Yolun tikintisinə Azərbaycan Prezidentinin Sərəncamına əsasən dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,1 milyon manat vəsait ayrılıb. Görülən işlər nəticəsində Hirkan-Daştatük-Biləsər avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun şəkildə yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 6 metrdir. Çiyinlər də daxil olmaqla yol yatağının eni isə 8-10 metr təşkil edir. Yol boyunca müxtəlif diametrli suötürücü borular tikilib, zəruri yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib, avtobus dayanacaqları inşa edilib. Avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “7 saylı Magistral-Yol İstismarı” MMC tərəfindən yüksək keyfiyyətlə aparılıb. Dağlıq ərazidə yerləşən, eləcə də Hirkan Milli Parkı ərazisindən keçən Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun tikintisi 7 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edəcək.

Öz işinin vurğunu




Qeyd edək ki, “7 saylı Magistral-Yol İstismarı” MMC-nin rəhbəri Raqub Həsənov təcrübəli və peşəkar mütəxəssis olmaqla yanaşı, həm də öz işinin əsil vurğunudur. Eyni zamanda da Raqub müəllimin yol tikintisi ilə bağlı bir çox maraqlı fikirləri vardır. Bir müddət əvvəl, mətbuata verdiyi müsahibələrin birində MMC rəhbəri bəzi fikirləri ilə bölüşərək belə demişdi: “Amerika iqtisadiyyatında ən yaxşı ənənələrin müəllifi kimi tarixə düşən prezident Eyzenhauerin ilk layihələrindən biri “Sürətli yol proqramı” olub. Azərbaycanda da yol-nəqliyyat sektorunun inkişafı ilə bağlı möhtəşəm, bir çox hallarda isə regionda ilk dəfə tətbiq edilən, ən yeni texnologiyalara əsaslanan nəhəng layihələr reallaşır. Bu sahədə icra edilən layihələrə ölkə Prezidenti İlham Əliyev böyük önəm verir. Hər bir yerdə sürətli yollar, qovşaqlar, tunellər, yol ötürücüləri tikilir, körpülər salınır, mövcud yollar genişləndirilir. Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev yeni yolların çəkilmsinə, köhnələrinin bərpa edilməsinə xüsusi diqqət yetirirdi. O dövrdə asfalt yolların ümumi uzunluğu 12,7 min kilometr idisə, bu gün artıq Azərbaycanda aparılan işlər nəticəsində bu rəqəm 20,4 min kilometrə çatdırıldı. “Heydər Əliyev çəkdiyi yollarla Azərbaycanı öz müstəqilliyinə çatdırdı” - deyənlər tamamilə haqlıdırlar.”

Gələcəyə qoyulan investisiyalar

Azərbaycanın inkişafında böyük rolu olan yol tikintisi çox böyük maliyyə vəsaiti tələb edən layihələrdir. Yola qoyulan bu investisiyalar öz iqtisadi səmərəsini, bəlkə, 10 ildən, 15 ildən sonra verəcəkdir. Amma Azərbaycan dövləti üçün əsas hədəf odur ki, ölkəmizin inkişafı təmin olunsun, bütün regionlarda müasir infrastruktur yaradılsın.




Bu gun də avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və yenidənqurulması, qəsəbə və kənd əraziləri də daxil olmaqla, yolların, prospektlərin və küçələrin asfaltlaşdırılması, ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının yenidənqurulması, yerli əhəmiyyətli yolların tikintisi, əsaslı təmiri, yeni körpülərin tikintisi üzrə layihələr uğurla həyata keçirilməkdədir

aia.az
Geri dön