Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Masallıda qəza: ZİL su kanalına aşdı – Ölən var

Masallıda qəza: ZİL su kanalına aşdı – Ölən var


20-12-2015, 21:15. Yazar: admin
Masallıda qəza: ZİL su kanalına aşdı – Ölən var
Masallı rayonu, Boradigah qəsəbəsində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ZİL markalı yük avtomobilinin su kanalına aşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, ZİL markalı yük avtomobilinin sürücüsü, 1986-cı il təvəllüdlü Mübariz Mirxas oğlu Fərəcov deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb və vəfat edib.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə cəsədi avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 12:49-da başa çatıb. axar.az
Geri dön