Ana Sayfa > Gündəm > İcra Hakimiyyətinə 3 milyon ayrıldı
İcra Hakimiyyətinə 3 milyon ayrıldı22-10-2018, 17:43. Yazar: sevinc1 |
Prezident İlham Əliyev İmişli şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb. aia.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, İmişli şəhərində istismar müddəti başa çatmış 5 ikimərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan İmişli Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın. Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. aia.az Geri dön |