Ana Sayfa > Manşet / Gündəm > Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun iştirakçılarının sayı artıb

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun iştirakçılarının sayı artıb


22-10-2018, 13:13. Yazar: sevinc1
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun iştirakçılarının sayı artıb



Qazaxıstan və Rumıniyanın logistika şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TMTM) qoşulub.

Trend-in məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, marşruta Rusiya şirkətləri də maraq göstərir. O bildirib ki, nəqliyyat dəhlizlərinin səmərəli fəaliyyəti üçün iştirakçıların sayı, şəffaflıq və vahid tariflər önəmlidir.

C.Qurbanov TMTM Beynəlxalq assosiasiyasının növbəti iclası zamanı əlavə edib ki, tərəflər yeni tarifləri və qiymətlərin bazar şərtlərinə uyğunlaşdırılmasını müzakirə edib.

aia.az
Geri dön