Ana Sayfa > Ölkə > Yevlaxda uşaqların zərərli dini cərəyanlardan qorunmasıyla bağlı layihə başa çatdı
Yevlaxda uşaqların zərərli dini cərəyanlardan qorunmasıyla bağlı layihə başa çatdı22-10-2018, 11:53. Yazar: sevinc1 |
Oktyabrın 19-da "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi Yevlax şəhərində 4 aylıq layihənin yekun seminarını təşkil edib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Uşaqların zərərli dini cərəyanlardan qorunması üçün regionlarda seminarların təşkili" adlı seminarda, adət-ənənələrimizə yad olan dini təriqətlərin təsiri altına düşən vətəndaşların sayının artması, onlar tərəfindən qanunsuz dini təbliğatın aparılması, gənclərin zərərli dini cərəyanlara, ölkədə din azadlığı adı altında uşaqların məqsədli şəkildə ayrı-ayrı təriqətlərə cəlb edilməsindən danışılıb. Təşkilat sədri Lamiyə İsazadə qeyd edib ki, bu gün qeyri-ənənəvi radikal dini təriqətlərə meyl göstərən, kənar təsirlərə uyaraq ölkəni tərk edən, müxtəlif qanunsuz silahlı birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak edən gənclərimizin sayı artmaqdadır. Bunun qarşısını almaq üçün övladlarımıza qarşı daha diqqətli olmalı, onları daha çox qorumalıyıq. Təşkilat sədri prezident İlham Əliyev və l vitse-prezident Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısından da söhbət açıb. Seminarda Dini Qurumlar üzrə Dövlət Komitəsinin Yevlax şöbəsinin məsləhətçisi Vüsal Hüseynli, Yevlax şəhər Cümə Məscidinin imamı Nəsib Xəlilov çıxış edərək valideynləri və uşaqları bu mövzuda geniş maarifləndiriblər. Gənclər və İdman idarəsinin baş məsləhətçisi Etibar Məmmədov təşkilat rəhbərinə və layihəyə donorluq edən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına bu cür aktual mövzu haqqında Yevlax şəhərində seminar təşkil etdikləri üçün təşəkkür edib. aia.az Geri dön |