Ana Sayfa > Parlament / Aia TV / Karusel > MTN-nin sabiq polkovniki türmədə özünü asdı -YENİLƏNİB
MTN-nin sabiq polkovniki türmədə özünü asdı -YENİLƏNİB20-12-2015, 20:54. Yazar: admin |
Hazırda hadisə yerində müayinə aparılır. Ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış, polkovnik İlqar Əliyev özünü öldürüb. Aia.az-ın APA-ya istinadən məlumatına görə, İ. Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BIT) özünü asıb. Hazırda hadisə yerində müayinə aparılır. Ədliyyə Nazirliyi Penitensiar Xidməti faktla bağlı məlumat yayacaq. İ. Əliyevin vəkili Rəşad Mirmehdizadə APA-ya açıqlamasında hadisə barədə mətbuatdan xəbər tutduğunu bildirib. Vəkil hazırda hadisənin baş verdiyi BİT-də olduğunu deyib. Qeyd edək ki, İ. Əliyev MTN-lə bağlı başlanmış cinayət işi ilə əlaqədar həbs olunub. Geri dön |