Ana Sayfa > Manşet / Siyasət > Deputatlar “Star” zavodunun əhəmiyyətindən DANIŞDI -“ Hər iki dövlət böyük gəlirlər əldə edəcək”

Deputatlar “Star” zavodunun əhəmiyyətindən DANIŞDI -“ Hər iki dövlət böyük gəlirlər əldə edəcək”


20-10-2018, 14:29. Yazar: sevinc1
Deputatlar “Star” zavodunun əhəmiyyətindən DANIŞDI -“ Hər iki dövlət böyük gəlirlər əldə edəcək”


Dünən - oktyabrın 19-da Türkiyənin İzmir şəhərində "Star” neft emalı zavodunun açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.

"Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Zavodu "Técnicas Reunidas” (İspaniya), "Saipem” (İtaliya), "GS Engineering & Construction Corp” (Cənubi Koreya) və "Itochu” (Yaponiya) şirkətlərindən ibarət konsorsium inşa edib. Bununla bağlı müqavilə 2013-cü il mayın 20-də imzalanıb. Ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edən zavodda ildə 10 mln. ton xam neftin emalı nəzərdə tutulur. Zavodda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. Bura ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton "Azeri Light” markalı neft çatdırılıb.

Azərbaycan Milli Məclisinin deputatlarıModern.az saytınabu dəfə dünən Türkiyədə açılışı olan Dövlət Neft Şirkətinə(SOCAR) məxsus "Star” neft emalı zavodunun əhəmiyyətindən danışıblar.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovbildirib ki, SOCAR-a məxsus "Star” Neft Emalı Zavodu dünya əhəmiyyətli layihədir.

"İndiyədək Azərbaycan Türkiyəyə 20 milyard dollara yaxın investisiya vəsaiti yatırıb. Azərbaycan dövlətinin ən çox investisiya qoyduğu ölkə qardaş Türkiyədir. Bu baxımdan "Star” zavodu çox böyük bir layihədir. Bu layihədən hər iki dövlət böyük gəlirlər əldə edəcək".



V.Əhmədov qeyd edib ki, "Star” Neft Emalı Zavodunun Azərbaycan üçün əhəmiyyəti böyükdür.

"Bu, çox böyük, dünya səviyyəli bir müəssisədir və tam olaraq Azərbaycana məxsusdur. Digər tərəfdən, mən həmişə demişəm ki, Türkiyəyə yatırım, elə Azərbaycanın özünə yatırım deməkdir”.

Deputat bildirib ki, Türkiyə neft-qaz ehtiyyatlarına malik olmayan ölkədir.

"Dünyada müəyyən protokollar var ki, 2023-cü ilədək onlara riayət etməlidilər. Nefti əsasən xaricdən idxal edir, neft emalı sahəsində xeyli çatışmazlıqları var. Bu zavodun işə düşməsi bu problemlərin xeyli hissəsini həll edəcək".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynovdeyib ki, Türkiyənin İzmir şəhərində "Star” Neft Emalı Zavodunun açılması Azərbaycan-Türkiyə qardaşlığının və dostluğunun daha bir göstəricisidir.

"Bu cür nəhəng bir layihənin həyata keçməsi şübhəsiz ki, Azərbaycan və Türkiyə liderlərinin güclü siyasi iradəsi nəticəsində mümkün olub. Azərbaycan və Türkiyə qardaşlığı nəticəsində beynəlxalq aləm üçün mühüm əhəmiyyət kəsb edən, dünyanın enerji və nəqliyyat xəritəsini yenidən cızan böyük layihələr həyata keçirilir. Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, TANAP və digər bu kimi iri layihələr dünyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Əlbəttə ki, bu cür nəhəng layihələr Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olması, hər iki dövlətin liderlərinin siyasi iradəsi, bir-birilərinə böyük inam və etimadın sayəsində mümkün olub”.



Deputat qeyd edib ki, yeni neft emalı zavodunun işə salınması eyni zamanda hər iki ölkənin həm iqtisadi, həm də siyasi gücünün göstəricisidir.

"Bu layihə hər iki ölkəyə siyasi dividendlərlə yanaşı, iqtisadiyyata dayanıqlı gəlir gətirəcək, milli iqtisadiyyatımıza xidmət edəcək böyük bir layihədir”.

A.Hüseynov bildirib ki, bu gün Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı dünyaya bir nümunədir.

"Dünyada Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr yoxdur. Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır, əbədidir. Eyni zamanda, bölgədə sabitlik, təhlükəsizlik və inkişaf üçün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri mühüm əhəmiyyət daşıyır. İnanıram ki, bu münasibətlər bundan sonra daha da inkişaf edəcək”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanovbildirib ki, Azərbaycanla Türkiyə qardaş ölkə olmaqla yanaşı həm, də starteji müttəfiqdirlər.

"İki ölkə arasında münasibətlərin nə qədər sıx olduğunu dünya ölkələri də bilir. Ötən gün Türkiyədə "Star” Neft Emalı zavodunun açılması Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələrinin tarixində əlamətdar hadisədir. Belə bir zavodun məhz Türkiyədə açılması təsadüfi deyil. Çünki, bu gün Azərbaycan və Türkiyə dünya miqyasında həmrəylik nümunəsi göstərirlər”.



Deputat deyib ki, Azərbaycanla Türkiyə arasında sıx əlaqələr təkcə dövlət səviyyəsində deyil, eləcə də prezidentlər arasında olan yüksək səviyyəli şəxsi münasibətlərdə də özünü biruzə verməkdədir.

""Star” zavodunun məhz Türkiyədə açılması bir daha göstərir ki, ölkələr arasında birlik sarsılmaz və əbədidir. Hesab edirəm ki, layihə iqtisadi tərəfdən də ölkələrə böyük dividentlər gətirəcək. Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır”.

C.Osmanov hesab edir ki, Azərbaycan və Türkiyənin həyata keçirdiyi nəhəng layihələr həm iki dövlət, xalq, həm də bölgə və dünya üçün çox böyük önəm daşıyır.



aia.az
Geri dön