Ana Sayfa > Ölkə > “Saleh Məmmədovu kabinetində tapmaq çətindir” - Anar Nəcəfli ilə MÜSAHİBƏ

“Saleh Məmmədovu kabinetində tapmaq çətindir” - Anar Nəcəfli ilə MÜSAHİBƏ


20-10-2018, 13:11. Yazar: sevinc1
“Saleh Məmmədovu kabinetində tapmaq çətindir” - Anar Nəcəfli ilə MÜSAHİBƏ


"Ondan sonra magistratuaraya sənəd vermədim"

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəflinin AzNews.az-a müsahibəsi:

- Anar müəllim, 2018-ci ilin son rübüdür. Cari ildə təmsil olunduğunuz qurum tərəfindən hansı işlər həyata keçirilib?

- Ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, 2018-ci ildə ümumi uzunluğu 2000 km-dən çox, 600 yaşayış məntəqəsini əhatə edən yol infrastrukturu yenidən qurulub istifadəyə verilməlidir. Cari ilin geridə qalan müddəti ərzində Agentlik tərəfindən həyata keçirilən işlər nəticəsində qarşıya qoyulan vəzifələrin 85 faizi artıq uğurla yekunlaşıb. Bir sıra layihələrin açılışında dövlət başçısı İlham Əliyev şəxsən iştirak edib. Düşünürəm, ilin sonuna kimi yerdə qalan işlər yekunlaşacaq və ümumilikdə 2200 km-lik yol infrastrukturu yenidən qurulacaq və 700 yaşayış məntəqəsini əhatə edəcək.

- Sərhəd avtomobil yollarında vəziyyət hansı səviyyədədir?

- Şimal-Cənub nəqliyyat dəhlizinin əsas qolları Bakı-Quba-Rusiya sərhədi və Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoludur. Artıq Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun cənub hissəsində işlər yekunlaşdırıldı və bir müddət öncə dövlət başçısının iştirakı ilə həmin yolun qalan hissəsinin açılışı həyata keçirildi. Bununla da yol tam olaraq istifadəyə verildi. 2017-ci ilin sonunda dövlət başçısının iştirakı ilə Bakı-Quba-Rusiya avtomobil yolunun tikintisi ilə bağlı təməlqoyma mərasimi keçirildi və həmin mərasimindən sonra bizim tərəfimizdən işlərin görülməsinə başlanıldı. Bu işlər birinci pilot layihəsi üzrə aparılır və ümumilikdə 92 km-lik yeni yol salınır. Bu yol Xəzər dənizi ashili ilə Qəndob qəsəbəsinə qədər olan ərazini əhatə edəcək. Ondan sonra, Qəndob qəsəbəsindən Rusiya sərhədinə qədər 60 km-lik yol isə işlərimiz davam etdirlir. Ümumilikdə bu yolun 2020-ci ildə yekunlaşdırılması nəzərdə tutulur.

Şərq-Qərb nəqliyyat dəhlizinə də nəzər salmaq yerinə düşərdi. Burda Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu həmin tarixi “İpək yolu”nun bir hissəsidir. Və həmin yolun Gəncəyə qədər olan hissəsi birinci texniki dərəcəyə uyğun olaraq yenidən qurulub və artıq işlər yekunlaşdırılıb. Gəncədən Gürcüstana qədər olan hissədə işlər qalıb. Orda ikinci texniki dərəcəyə uyğun yollar yenidən qurulub. Ancaq onun genişləndirilib birinci texniki dərəcəyə uyğun təkmilləşdirilməsi lazımdır. Gələn ildən artıq bu istiqamətdə işlərə start veriləcək. O yolun da 2020-ci ilə qədər tikilib yekunlaşdırılması nəzərdə tutulur.

- Bir müddət öncə yolu çəkirdilər, sonra yenidən sökürdülər... İndi bu prosesə rast gəlmək olmur.

- Qeyd edim ki, yol tikinti işləri normalara uyğun olaraq həyata keçirilir. Bu zaman ehtiyac varsa, yolun təmir və tikintisinə başlamamışdan öncə aidiyyatı qurumlara, yəni yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlara müraciət olunur. Həmin qurumların işləri varsa, birinci növbədə həmin qurumlar işlərini həyata keçirirlər, bundan sonra biz yolun bərpa olunması işlərini həyata keçiririk. Buna misal olaraq, Babək Prospektində həyata keçirilən işləri göstərə bilərəm. Orda uzun müddətdir ki, işlər aparılır, ancaq bu işlərin əsas hissəsi yeraltı kommunikasiya xətlərinin çəkilişinə həsr olunub. Qeyd edim ki, kommunikasiya işləri bir ay bundan öncə başa çatıb. Biz tam gücümzlə işlərə başlamışıq. Artıq bu prospektdə də işlər yekunlaşmaq üzrədir. Yəni bu işlər kompleks şəkildə həyata keçirilir. Təmir işləri yekunlaşandan sonra Bakı Nəqliyyat Agentliyi, Yol polisi ilə birgə orda hərəkətin təhlükəsizliyi, avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması həyata keçiriləcək.

- 20 yanvar dairəsi ilə bağlı nəsə plan hazırlanırdı. Bu planla bağlı nə yenilik var?

- Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyyən təkliflər var idi. Bizim tərəfimizdən o ərazidə müəyyən işlər həyata keçirildi. Yolun genişləndirilməsi, işıqforun quraşdırılması kimi təkliflər verildi və onlar həyata keçirildi. İndi yəqin ki, gələcəkdə hər hansı bir addım atılacaq.

- Sürüşmə olan yollarda vəziyyət necədir?

- Suruşmənin aktiv olduğu Bakı-Şamaxı-Yevlax yolunun 101-ci km-də yerləşən hissəsi artıq yenidən qurulub istifadəyə verilib – birinci texniki dərəcəyə uyğun olaraq. Hazırda həmin yolun 101-117-ci km-də işlər aparılır. Həmin ərazidə qeyd etdiyiniz 106-108-ci km-də yerləşən müəyyən sürüşmə ərazilərində təkmilləşdirmə işləri həyata keçirilib. Təkmilləşdirmə işləri çərçivəsində yeni istinad divarlarının inşası, drenaj xətlərinin çəkilişi və s. işlər həyata keçiriləcək. Orda relyefin daha da hamarlaşması istiqamətində də addımlar atılır. Bu istiqamətdə işlər həyata keçiriləndən sonra sürüşmənin yola təsirinin tam olaraq qarşısı alınmış olacaq.

Bundan başqa, Ağsu aşırımında qabaqlayıcı tədbirlər görülür. Ancaq bu tədbirlər kifayət etmir. Hazırda Ağsu aşırımına paralel, alternativ yolun çəkilişi layihəsi üzərində çalışırıq. Muğanlıdan Ağsu şəhərinin girişinə yeni yol inşa olunacaq. Yəni Ağsu aşırımından istifadə etməyə ehtiyac qalmayacaq.

- Muğanlı-İsmayıllı yolu ilə bağlı nə kimi planlar var?

- Həmin ərazilərdə də sürüşmələr var. O yolla bağlı da layihəmiz var. Ancaq biz ilk olaraq Ağsu aşırımı məsələsi üzərində çalışırıq. Növbəti sürüşmə ərazilərinə çayın kənarı ilə köhnə yol var. Bunlar gələcəkdə oalcaq. İlkin variantda belə təkliflər var. Ola bilsin, orda yol da dəyişsin.

- Yollardan həvəslə danışırsınız. Yollar heç sizi yormur?

- İş prosesi çətindir. Hər zaman dövlət qurumu olaraq nəinki Bakı şəhərində, regionlarda da layihələr icra olunur. Bütün bu layihələri ictimaiyyətə çatdırmaq, işıqlandırmaq çətindir. Ümid edirəm ki, işin öhdəsindən layiqincə gəlirəm. Avtomobillə uzaq bir yola çıxanda, xüsusilə avtomobili özüm idarə edəndə xoş təəssurat yaradır.

- Jurnalistlər buna imkan vermir...

- Təbii, olanda olur.

- Jurnaslitlərdən narazı qaldığınız məqamlar olubmu?

- İşim də jurnalistika ilə bağlı olduğu üçün bu sahədə çalışanlar dostlarımızdır.

- Universitet dövründə bir imtahandan kəsilmisiniz. Sonra kəsildiyiniz imtahan olubmu?

- Hə, olub. 4 il bundan öncə magistraturaya sənəd verdim. Məntiq, ana dili, xarici dil fənləri idi. Yüksək balla keçdim. Jurnalistikadan yazılı imtahan verməli idim: “Son 10 il ərzində TV-lərin inkişafı”. Yazıb təhvil verdim, nəticələr çıxanda gördüm ki, kəsilmişəm. Etirazımı bildirdim. Dedilər, gəl yazılı surətdə bildir. Çox pis təsir etdi. Ondan sonra magistratuaraya sənəd vermədim.

- Evdə-eşikdə vəziyyət necədir?

- Çalışıram nəsə edim. 3 uşağım var. Onların qayğıları, təhsilləri ilə məşğul olmaq üçün bir valideyn kimi öz öhdəmə düşən işləri görürəm. Həmişə bu fikirdəyəm ki, bir yerdə saymaq düzgün deyil, hər zaman çalışıb inkişaf etməlisən. Öz gələcəyin, övladlarının gələcəyi üçün. Nə qədər ki enerjin var, bundan istifadə etməlisən. Bildiyiniz kimi, ARB TV-də xəbərlərin aparıcı kimi də çalışıram. Həm övladlarımın gələcəyi və sosial problemlərin həlli üçün, həm də bu işi sevdiyim üçün mənə nə qədər çətin olsa da, əlavə işdə çalışmağa razı oldum.

- Verilişiniz baxılır, izlənilir, bəyənilir...

- Planlarım, düşüncələrim var, bununla bağlı çalışıram. Təbii ki, ailə-uşaqla bağlı da müəyyən addımlar atıram.

- Rəhbərliklə aranız necədir?

- Mətbuat xidmətinin rəhbərliklə arası həmişə yaxşı olmalıdır. Saleh müəllimi kabinetdə tapmaq demək olar ki, mümkün deyil. Bütün günü, hətta şənbə-bazar belə, yollardadır. Bütün layihələrə özü nəzarət edir, özü maraqlanır, tapşırıq və tövsiyələrini verir. Belə olanda, telefon vasitəsilə əlaqə saxlayıb, məsləhət alırıq.



aia.az
Geri dön