Ana Sayfa > Ölkə > Gəncə Səhiyyə İdarəsinin yeni rəisi kimdir? - DOSYE
Gəncə Səhiyyə İdarəsinin yeni rəisi kimdir? - DOSYE19-10-2018, 09:47. Yazar: sevinc1 |
Xəbər verdiyimiz kimi, Gəncə Şəhər Səhiyyə İdarəsinə yeni rəis təyin edilib. Bu barədə Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib. O deyib ki, Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Bəxtiyar Haqverdiyev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Bu vəzifəyə Abbas Səhhət adına 1 nömrəli Gəncə şəhər xəstəxanasının baş həkimi Nazim Məmməd oğlu Əhmədov təyin edilib. Nazım Məmməd oğlu Əhmədov 1958-ci ildə Gəncə şəhərində anadan olub. 1975-ci ildə orta məktəbi əla qiymətlərlə bitirən Əhmədov elə həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1981-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1982-1986 -ci illərdə Rusiyanın Penza vilayətinin Belinsk şəhərində əvvəl sahə həkimi, terapiya şöbəsində həkim, sonralar şöbə müdiri kimi fəaliyyət göstərib. 1986-cı ildən 1992-ci ilə qədər Gəncə şəhər təcili tibbi yardım xəstəxanasında həkim terapevt, 1992-ci ildən 2006-ci ilə kimi həmin şöbənin müdiri kimi çalışıb. 2006-cı ildən Abbas Səhhət adına 1 saylı xəstəxananın baş həkimi kimi fəaliyyət göstərib. 1998-ci ildən Gəncə Səhiyyə İdarəsinin baş terapevtidir. 1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, ailəlidir, 3 övladı var. aia.az Geri dön |