Ana Sayfa > Karusel / Siyasət > Paşinyan: “Azərbaycan tərəfi ilə razılığa gəlmişik ki...”

Paşinyan: “Azərbaycan tərəfi ilə razılığa gəlmişik ki...”


19-10-2018, 09:32. Yazar: sevinc1
Paşinyan: “Azərbaycan tərəfi ilə razılığa gəlmişik ki...”


Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Ermənistan-Azərbaycan cəbhəsindəki vəziyyətlə bağlı açıqlama verib.

Modern.azxəbər verir ki, Paşinyan jurnalistlərlə söhbətində bildirib ki, hazırda cəbhədə vəziyyət sakitdir və bu, müəyyən qədər Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə razılaşmalarla bağlıdır.
O təsdiq edib ki, Azərbaycan hakimiyyəti ilə əməliyyat rabitəsi qurulub. "Azərbaycan tərəfi ilə razılığa gəlinərək, etibarlı, operativ əlaqə qurulub. Demək olar ki, cəbhədən hər bir məlumat - əgər onların tərəfindən olarsa - yarım saat ərzində Azərbaycan prezidentinin diqqətinə çatdırılacaq, bizim tərəfimizdən olarsa, mənə də həmin müddət ərzində çatacaq", - deyə Paşinyan bildirib.

aia.az
Geri dön