Ana Sayfa > Siyasət > Səfirdən Qarabağ açıqlaması: “Fransanın mövqeyi dəyişməzdir”

Səfirdən Qarabağ açıqlaması: “Fransanın mövqeyi dəyişməzdir”


18-10-2018, 15:20. Yazar: sevinc1
Səfirdən Qarabağ açıqlaması: “Fransanın mövqeyi dəyişməzdir”




“Fransanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməzdir”.

Azvision News.am-a istinadən xəbər verir ki, bunu Fransanın İrəvandakı səfiri Conatan Lakott deyib. ABŞ-ın İrəvandakı səfiri Riçard Millzin Qarabağla bağlı bəyanatına dair jurnalistlərin sualını cavablandıran diplomat münaqişə barədə ölkəsinin mövqeyini açıqlayıb.
“Fransanın münaqişənin nizamlanması ilə bağlı mövqeyi dəyişməzdir. Biz insan ölümündən kədərlənirik və münaqişənin ATƏT-in Minsk qrupu formatında danışıqlar yolu ilə həllinə ümid edirik”, - səfir vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın İrəvandakı səfiri Riçard Millzin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli işğal olunmuş ərazilərin bir hissəsi Azərbaycana geri qaytarılmadan mümkün deyil. Onun bu açıqlaması İrəvanda təşvişə səbəb olub.

aia.az
Geri dön