Ana Sayfa > Manşet / Gündəm > İlham Əliyevdən yeni təyinatlar - Yenilənib

İlham Əliyevdən yeni təyinatlar - Yenilənib


16-10-2018, 18:23. Yazar: sevinc1
İlham Əliyevdən yeni təyinatlar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bir sıra vəzifələrə təyinatlar edib.

Ölkə başçısının imzaladığı sərəncamlaOktay Sudef oğlu QurbanovAzərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezidentin digər sərəncamına əsasən,Elşən Xanlar oğlu VəliyevUkraynanın Çerkassı, Kirovoqrad, Poltava və Vinnitsa vilayətlərini əhatə etməklə Poltava şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin olunub.

Bundan əlavə,Prezidentİlham ƏliyevFəxrəddin İsmayılovunAzərbaycan RespublikasınınAvropaŞurası yanında daimi nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Emin Yaqub oğlu Eyyubovisə Azərbaycan RespublikasınınAvropaŞurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

Prezidentin imzaladığı növbəti sərəncam əsasındaQaya Məmməd oğlu Məmmədovisə Azərbaycan RespublikasınınNATOyanında Nümayəndəliyinin başçısı vəzifəsinə təyinat alıb.

aia.az
Geri dön