Ana Sayfa > Manşet / Ölkə > Sürüşmə zonasına mobil seysmik stansiyalar quraşdırıldı

Sürüşmə zonasına mobil seysmik stansiyalar quraşdırıldı


15-10-2018, 16:39. Yazar: sevinc1
Sürüşmə zonasına mobil seysmik stansiyalar quraşdırıldı


Bakı şəhəri Səbail rayonunda, Badamdar 20-ci sahə şossesində baş verən sürüşmə ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları qrup şəklində ərazidə tədqiqatları davam etdirilər.

Qurumun mətbuat xidmətindən aia.az-a bildirilib ki, hazırda mərkəzin əməkdaşları ərazidə seysmik kəşfiyyat, maqnitometrik tədqiqat işləri aparırlar. Mərkəz əməkdaşları tərəfindən sürüşmə zonasında meyilliyin ölçülməsi üçün əraziyə tiltimetr, eləcə də gözləmə rejimində işləyən mobil seysmik stansiyalar quraşdırılıb.

Qeyd edək ki, aparılan tədqiqatlar zamanı toplanmış materiallar elmi baxımdan təhlil edildikdən sonra, ərazidəki vəziyyətə dair hesabat hazırlanaraq,hökümətə təqdim ediləcək.


aia.az
Geri dön