Ana Sayfa > Karusel / Ölkə > Salyan rayon İcra Hakimiyyətinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir

Salyan rayon İcra Hakimiyyətinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir


15-10-2018, 14:39. Yazar: admin
Salyan rayon İcra Hakimiyyətinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir


15 oktyabr 2018-ci il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyiilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında möhtərəm Prezidentimizin nitqindən irəli gələn vəzifələrlə əlaqədar Salyan rayon İcra hakimiyyətinin 2018-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir
Tədbirdə rayonİcra hakimiyyətinin başçısı Sevindik Hətəmov 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış etmişdir. Yığıncağda məruzə ətrafında çıxışlar olmuş, cənab Prezident İlham Əliyevin Salyana davamlı diqqəti və qayğısı sayəsində genişmiqyaslı quruculuq–abadlıq işlərinin icra edildiyi diqqətə çatdırılaraq bu ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş uğurlar qeyd edilmişdir.Yığıncaqda, həmçinin 2018-ci ilin doqquz ayında əhalinin elektrik enerjisi, təbiiqaz, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil edilmiş, qarşıda duran vəzifələrdən bəhs olunmuşdur.
Yığıncağda rayonun qışa hazırlığının vəziyyəti barədə məsələ də geniş müzakirə edilmiş, sakinlərin təbii qaz, işıq və içməli su ilə təminatında fasilələrin yaranmaması üçün təxirəsalınmaz tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti orqanlara müvafiq tapşırıqlar verilmişdir. Hesabat yığıncağında müzakirə olunan məsələyə dair qərar qəbul edilmişdir.

AİA.Az




Geri dön