Ana Sayfa > Parlament > Qəbələdə yanğın zamanı xəsarət alan 4 ərəb turist xəstəxanadan evə buraxılıb
Qəbələdə yanğın zamanı xəsarət alan 4 ərəb turist xəstəxanadan evə buraxılıb15-10-2018, 14:33. Yazar: sevinc1 |
Qəbələ rayonunda kirayə yaşadıqları evdə baş verən yanğın zamanı xəsarət alan ərəblərin 4-ü xəstəxanadan evə buraxılıb. Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova məlumat verib. Onun sözlərinə görə, həmin ərəblər Qəbələ Mərkəzi Xəstəxanasında müalicə edilirdilər. Respublika Yanıq Mərkəzinə yerləşdirilən Küveyt vətəndaşı olan 2 nəfərin isə vəziyyəti stabil ağır qiymətləndirilir. Bədən səthlərinin 3 dərəcəli yanığı diaqnozu qoyulan həmin şəxslər - 1993-cü il təvəllüdlü Əlhəmidi Əhməd Adnan oğlu və 1989-cu il təvəllüdlü Əlhəmidi Nura Adnan qızı hazırda mərkəzin reanimasiya şöbəsində müalicələrini davam etdirirlər. Qeyd edək ki, oktyabrın 8-də səhər saatlarında Qəbələ rayonunun mərkəzində yerləşən fərdi evlərdən birində yanğın baş verib. Hadisə nəticəsində turistlər - bir ailənin 6 üzvü xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib. aia.az Geri dön |