Ana Sayfa > Gündəm > Seysmoloji Mərkəz sürüşmə zonasında gücləndirilmiş iş rejiminə keçdi
Seysmoloji Mərkəz sürüşmə zonasında gücləndirilmiş iş rejiminə keçdi13-10-2018, 15:37. Yazar: sevinc1 |
Bakı şəhərinin Səbail rayonu ərazisində, Badamdar 20-ci sahə yolindakı sürüşmə təhlükəsinin artması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublkia Seysmoloji Xidmət Mərkəzi (RSMX) həmin ərazidə tədqiqat işlərini genişləndirib. Bu haqda RSMX-dan bildirilib. RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin göstərişi ilə mərkəzin çöl ekspedisiyasında olan ayrı-ayrı şöbələrinin əməkdaşları geri çağırılaraq, sürüşmə ərazisində aparılan tədqiqat işlərinə cəlb olunublar. Hazırda Mərkəz əməkdaşları ərazidə gücləndirlmiş iş rejimində işləyirlər. Xatırladaq ki, oktyabrın 11-dən başlayaraq mərkəz tərəfindən sürüşmə ərazisində bir neçə istiqamətdə kompleks tədqiqatlar aparılır. aia.az Geri dön |